İlham Əliyev Putindən Moskvaya dəvət almadığını bildirdi

İlham Əliyev Putindən Moskvaya dəvət almadığını bildirdi
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rusiyalı həmkarı Vladimir Putindən Moskvaya dəvət almadığını açıqlayıb.
 
Sfera.az xəbər verir ki, bu barədə İlham Əliyev oktyabrın 21-də Yaponiyanın "Nikkei” qəzetinə müsahibəsində bildirib.
 
İlham Əliyev "Prezident Putin Sizi də Moskvaya dəvət edib?", - sualına "xeyr" cavabını verib. 

Prezident "dəvət olunsaydınız, getməyə hazırsınızmı?", - sualını isə belə cavablandırıb:

"Mən dəfələrlə Prezident Putin tərəfindən dəvət olunmuşam və Moskvaya dəfələrlə səfər etmişəm. Bəzi illərdə hətta il ərzində bir neçə dəfə səfər etmişəm. Odur ki, bu yüksəksəviyyəli təmasların tərəfdaş və qonşu ölkələr arasında olması adət edilmiş bir haldır. Həmçinin Prezident Putin də Azərbaycana dəfələrlə səfər edib".

Xatırladaq ki, bəzi media orqanları Rusiya KİV-lərinə istinadla Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyanın Moskvada görüşünün baş tutacağını iddia etmişdilər. 


OXŞAR XƏBƏRLƏR