İyul ayında 2021-ci ili qeyd etdilər - VİDEO

22:00 / 10.08.2020
3300
2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan "Burger King” olub.
Sfera.az xəbər verir ki, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraqlı rolik hazırlayıb.
"2020 - sınaq ili oldu. Və biz bu işi görürük ki, onu tez bitirək”, - deyə "Burger King”in nümayəndəsi bildirir.
Videoda ,həmçinin, insanlardan 2020-ci il barədə təəssüratlarını bölüşmələri istənilir. Onların əksəriyyəti baş verənlərdən yorulduqlarını və bu ili başa çatdırmağın vaxtı olduğunu deyiblər.
(oxu.az)