Azərbaycanda dollar ucuzlaşacaq – PROQNOZ
14:41 / 30.03.2016
863
Bu gün həm dünyada, həm də ölkədə baş verən proseslər manata müvəqqəti olsa da güvənlik verir.
Neftin qiymətinin sabitləşməsi ($40 civarında) və FED rəhbəri xanım Canet Yelenin uçot dərəcələrini ehtiyatla qaldırmaq niyyəti barədəki açıqlaması dünyada dolların möhkəmlənməsini bir müddət ertələyib.
Dollar əsas valyutalara münasibətdə ucuzlaşmağa başlayıb. Bu, manata xarici təzyiqi azaldır.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev öz Facebook səhifəsində yazıb.
Ekspert manatın son günlər dollar qarşısında bahalaşmasına da aydınlıq gətirib:
"Digər tərəfdən Mərkəzi Bankın manat kütləsini azaltması nəticəsində banklar manat qıtlığı ilə üzləşib. Elə bunun nəticəsidir ki, valyuta hərracında bankların dollara tələbatı kəskin azalıb. Elə buna görə də manatın son günlər bahalaşması müşahidə edilir.
Eyni zamanda vergi ödənişi dövrü yaxınlaşdığından şirkətlər, xüsusilə iri şirkətlər xarici valyutada olan vəsaitlərini manata çevirirlər.
Ona görə də həm bazara əlavə dollar çıxarılıb, həm də manata ehtiyac artıb. Bu isə manatın mövqeyini daha da gücləndirir”.
Ekspert onu da əlavə edib ki, manatın məzənnəsində müşahidə eidləcək bahalaşma müvəqqəti xarakter daşıyacaq:
"Bütün bunları nəzərə almaqla demək olar ki, yaxın 1-2 həftədə manatın dollar qarşısında mövqeyi güclənəcək və müəyyən qədər bahalaşacaq.
Hətta manatın 1,55 psixoloji həddi də keçməsi istisna edilmir. Ola bilsin, manatın dollara olan rəsmi məzənnəsi 1,5-ə qədər yüksəlsin. Hər bir halda bu bahalaşma müvəqqəti xarakter daşıyacaq və uzunmüddətli dövrdə manatın ucuzlaşması qaçılmazdır.
Çünki manatın bahalaşmasnın heç bir iqtisadi əsası yoxdur və hazırda daha çox inzibati addımlardan dəstək alır.
Bütün bunlar sadəcə gözləntilərdir. Manatın məzənnəsi real səviyyəsini almadığından neftin bahalaşması hazırda manatın möhkəmlənməsini şərtləndirmir”.
Qeyd edək ki, dünən FED-in rəhbəri Canet Yellen Nyu-York İqtisadi Klubunda çıxışı zamanı bildirib ki, qlobal iqtisadi risklərin mövcudluğu ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərliyini uçot dərəcəsinin artırılması prosesinə daha ehtiyatlı yanaşmağı vadar edir:
"Hazırkı aşağı uçot dərəcəsi ilə qlobal iqtisadi problemlərə cavab olaraq FED-in ənənəvi siyasət yürütməsi məqbul sayılmır. Qlobal proseslər riskləri artırır və iqtisadi, o cümlədən maliyyə mühiti uçot dərəcəsini artırdığımız ötən ilin dekabr ayından daha əlverişsiz olur”, - deyə C.Yellen bildirib.