Logo

Pandemiyaya qarşı mübarizədə vətəndaşların sağlamlığı ən önəmli məsələdir

Pandemiyaya qarşı mübarizədə vətəndaşların sağlamlığı ən önəmli məsələdir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bildiyimiz kimi, hazırda dünyanın ən böyük problemi olan koronavirus

pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər qabaqlayıcı tədbirlər

görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar. Bütün dünyanı cənginə

alan bu pandemiya təssüflər olsun ki, ölkəmizdən də yan keçməyib. Lakin

Prezidentimiz İlham Əliyev Cənablarının çoxsaylı qərarları sayəsində ölkəmiz bu

bəladan çox az xəsarətlə çıxmaqdadır. Azərbaycanda koronovirus pandemiyasının

qarşısının alınması üçün ölkə başçısı tərəfindən görülən tədbirlər təqdirəlayiqdir.

Koronavirusa qarşı mübarizədə imzalanan sərəncamlar, həyata keçirilən operativ

və təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz koronavirus pandemiyasına qarşı

səmərəli mübarizə aparır.

Prezidentimizin "Biz birlikdə güclüyük!” çağırışı ilə bu təhlükəli infeksiyaya

qarşı mübarizədə Azərbaycan xalqı özündə daha da məsuliyyət hiss edərək milli

həmrəyliyə, hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirdi. İlham Əliyev

cənabları pandemiyaya qarşı mübarizədə hər zaman vətəndaşların sağlamlığını ön

planda tutmuşdu. Bu səbəbdən də bir sıra önləyici tədbirlər görülmüşdü.

Vətəndaşların sağlamlığını düşünərək ölkə ərazisində xüsusi karantin rejimi tətbiq

edilmiş, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmış, vətəndaşların sosial

müdafiəsi gücləndirilmişdi. Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün

20-dən artıq xəstəxana ayrılmışdır. Testlərin aparılması üçün ölkədə 23

laboratoriya fəaliyyət göstərir. Prezident İlham Əliyev daxili tələbatı ödəmək üçün

qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanılması

haqqında göstəriş vermiş, əhalinin tibbi ləvazimatlara olan ehtiyacı təmin şəkildə

ödənilir.

Əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsini, xəstələrin sağalma

dinamikasını nəzərə alaraq, xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə

həyata keçirilirmişdi. Lakin son zamanlar əhalinin karantin rejiminə riayət

etməməsi səbəbindən ölkə ərazisində sağalanlarla virusa yoluxanların sayı arasında

kəskin fərq ortaya çıxdı. Bu səbəbdən də karantin rejiminin gücləndirilməsi

məsələsi yenidən gündəmə gəldi. Ölkə başçısı əhalini karantin rejiminə ciddi əməl

etməyə çağırır. Hətta Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində

Tərtər rayonunda Dövlət Rəmzləri muzeyinin açılışında tibbi maskadan istifadə

etməsi hər bir vətəndaş üçün nümunə olmalıdır.

Ümid edirik ki, hər bir Azərbaycan vətəndaşı prezidentin bu çağırışına əməl

edərək, öz sağlamlığını düşünərək addım atacaqdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR