"Azərbaycan Dəmir Yolları" bu ilin I rübündə 1 milyondan çox sərnişin daşıyıb

 

Bu ilin I rübündə "Azərbaycan Dəmir Yolları" QSC 1 082 min sərnişin daşıyıb. 

Sfera.az quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,6% çoxdur. 

Son 1 ildə şəhərətrafı dəmir yolları ilə daşınan sərnişinlərin sayı 85,1% artaraq 849 min nəfər, beynəlxalq dəmir yolları ilə daşınan sərnişinlərin sayı 16,7% azalaraq 29 min nəfər, daxili dəmir yolu ilə daşınan sərnişinlərin sayı isə 9,9% azalaraq 203 min nəfər təşkil edib. 


OXŞAR XƏBƏRLƏR