"Evdə tək"in uşaq qəhrəmanı illər sonra - FOTOLAR

Keçən əsrin ən məşhur komediya filmlərindən olan "Evdə tək"in uşaq qəhrəmanı Makaulay Kalkin yenidən ortalığa çıxıb.

BiG.AZ-ın məlumatına görə, o, bir neçə gün əvvəl Nyu-Yorkda Cim Qaffiganın şousunun çəkilişlərinə qatılıb. Artıq 35 yaşı olan və aktyorluğa davam etməyən Kalkinin saçlarını uzatması, kökəlməsi diqqətdən qaçmayıb. 

Kiçik yaşlarında qazandığı uğurun davamını gətirə bilməyən və buna görə ailəsini günahlandıran Makaulay dörd il əvvəl narkotikdən asılılığına görə gündəmə gəlmişdi./axsam.az/






OXŞAR XƏBƏRLƏR