“McDonald's Azərbaycan” 100'% halal mal ətindən tam istifadəyə keçdiyini elan etdi! - VİDEO

“McDonald's Azərbaycan” 100'% halal mal ətindən tam istifadəyə keçdiyini elan etdi! - VİDEO

“McDonald's Azərbaycan” şirkəti yerli istehsal olan halal mal ətindən tam istifadəyə keçdiyini elan edib.

 

Artıq bütün restoranlarda ətli burgerlərin hazırlanmasında yalnız Azərbaycanda istehsal olunmuş, beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi tələblərinə tam uyğun olan mal ətindən istifadə olunur.

 

Tədarükləri “AzProtein Foods Group” şirkəti həyata keçirir. Şirkətin Buzovna qəsəbəsində yerləşən zavodunun ərazisində qabaqcıl texnologiyalarla təchiz olunmuş və “McDonald's”ın beynəlxalq standartlarına uyğun şəkildə layihələndirilmiş ixtisaslaşmış kompleks inşa edilib. Lokallaşma prosesində həm yerli, həm də beynəlxalq ekspertlər iştirak ediblər ki, bu da layihənin bütün mərhələlərində yüksək keyfiyyətə nəzarəti təmin edir.

 

Burgerlərin tərkibi isə əvvəlki kimi dəyişməz olaraq qalır: yalnız 100% mal əti istifadə olunur, heç bir əlavə qatqı yoxdur - restoranda yalnız duz və istiot əlavə edilir.

 

Heyvanlar ölkə ərazisində optimal şəraitdə saxlanılır, yalnız təbii yemlər əsasında balanslaşdırılmış qidalanma ilə təmin olunurlar və daim baytar nəzarətində olurlar.

 

İstehsal proseslərinin “Halal” standartlarına uyğunluğu “AzeSERT HALAL” sertifikatlaşdırma qurumu tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq tələblər əsasında rəsmi şəkildə təsdiq olunub. İstehsalın bütün mərhələlərinə xüsusi təlim keçmiş işçi heyəti nəzarət edir və proseslər ciddi şəkildə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.

 

İstehsal və logistika - məhsulun daşınması və saxlanması zamanı temperatur rejimi də daxil olmaqla - ixtisaslaşmış mütəxəssislər tərəfindən daim nəzarətdə saxlanılır. Məhsul həmçinin müstəqil laboratoriya analizlərindən keçirilir və Almaniyada yerləşən “McDonald's”ın Avropa keyfiyyət mə'kəzində test edilir.

 

Ət tədarükünün lokallaşdırılması “McDonald's Azərbaycan” şirkətinin ölkədaxili dayanıqlı təchizat zəncirlərinin inkişafına yönəlmiş strategiyasında mühüm mərhələdir. Şirkət bundan əvvəl süd məhsulları, tərəvəz və sous tədarükünün də lokallaşdırılmasını həyata keçirmişdi. Mal ətinin lokallaşdırılması təşəbbüsü isə yalnız daxili bazar üçün deyil, eyni zamanda qonşu ölkələrə ixrac üçün də əlavə imkanlar yaradaraq yerli iqtisadiyyatın inkişafına töhfə verir.

 

Qeyd edək ki, “McDonald's Azərbaycan” yerli istehsalçılarla əməkdaşlığını genişləndirməyə davam edərək, qeyri-neft sektorunun inkişafına, aqrar-sənaye kompleksinin möhkəmləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verir.

 

 


OXŞAR XƏBƏRLƏR

Həbsdə olan vəkil blogeri məhkəməyə verdi

Həbsdə olan vəkil Adəm Məmmədovun bloger Şirin Abasov və həyat yoldaşı Gülbadama qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.   Sfera.az...

24 nəfəri xəstəxanalıq edən sürücü qanunsuz işləyirmiş

"Bu gün Ağdam-Füzuli yolunda mikroavtobusun aşması və sərnişinlərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən mikroavtobus müntəzəm s...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. &n...

Rusiya nümayəndə heyəti Azərbaycana gəlir - Münasibətlər stabilləşəcəkmi?

Bir sıra “Telegram” kanallarının məlumatına görə, Moskvada Azərbaycanla bağlı qeyri-rəsmi nümayəndə heyəti formalaşır. Nümayəndə heyəti bu həftə Bak...

Qəzada ölən 20 yaşlı Ülvinin FOTOSU

Xəbər verdiyimiz kimi, Lənkəranda minik maşınının yük avtomobilinə çırpılması nəticəsində 1 nəfər ölüb.   Sfera.az-ın "Unikal"a istinadən m...

PKK liderinin videosu yayıldı - "11 iyulda..."

PKK lideri Abdullah Öcalan təşkilatın tərksilah prosesi ərəfəsində video müraciət yayıb. Paylaşılan video mesajda Ömer Hayri Kaynar, Veysi Aktaş, Mahmut Yamalak...