Rayona gedənlərin nəzərinə

Rayona gedənlərin nəzərinə
"Martın 18-dən Azərbaycan Dəmir Yolları”nda gücləndirilmiş iş rejiminə keçiləcək”.

"Qafqazinfo" xəbər verir ki, bunu Lent.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

N. Əzməmmədovun sözlərinə görə, bayram günlərində "Azərbaycan Dəmir Yolları” növbəli iş rejiminə keçəcək: "Bütün strukturlarda, sərhəd keçid məntəqələrində növbəli iş sistemi təşkil olunacaq. Bundan əlavə körpülərdə, stansiyalarda, qatarlarda mühafizə də gücləndiriləcək”.

N.Əzməmmədov əlavə edib ki, bayram günləri ərəfəsində artan sərnişin sıxlığını nəzərə alaraq, qatarlara əlavə vaqonlar qoşulacaq: "Hazırda 20-ə qədər vaqon texniki baxışdan keçirilir. Əhalinin sıxlığı həmin vaqonlarla aradan qaldırılacaq. Hansı istiqamətə hansı gündə sərnişin sıxlığı çox olarsa, həmin istiqamətə vaqonların sayı artırılacaq”.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev də açıqlamasında deyib ki, təmsil etdiyi qurum martın 15-dən 28-nə qədər gücləndirilmiş iş rejimində işləyəcək. 

M.Abdullayev deyib ki, sərnişin sıxlığı nəzərə alınaraq əlavə nəqliyyat vasitələrindən də istifadə ediləcək: " Adi günlərdə 300-320 nəqliyyat vasitəsi, 7000-7500 sərnişin yola salınırdısa, bayram günlərində 16-17 min sərnişin, 600-700 nəqliyyat vasitəsinin yola salınması nəzərdə tutulub”.

M. Abdullayev onu da qeyd edib ki, əvvəlki günlərdə olduğu kimi bayram günlərində də təyin olunmuş bütün qrafiklər üzrə 10 gün əvvəlcədən həm online, həm də qabaqcadan satış kassaları vasitəsilə bilet satışları həyata keçirilir: "Əlavə dəvət edilən nəqliyyat vasitələrində qiymətlərə nəzarət edilməsi üçün 11 nəfərdən ibarət Qiymət Komissiyası fəaliyyət göstərir. Sərnişinlərə tövsiyə edərdik ki, əvvəlcədən satış-kassalarına yaxınlaşıb bilet alsınlar”.

OXŞAR XƏBƏRLƏR

Alça yedikdən sonra bunu edin - XƏBƏRDARLIQ

Alça yay mövsümünün ən məşhur meyvələrindən biridir. Mütəxəssislər alça yedikdən sonra nə etməli olduğuna dair məsləhətlər veriblər.   Sfera.az xəbər...

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 1,5 milyondan çox zəvvar gəlib

Səudiyyə Ərəbistanına digər ölkələrdən Həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyonu keçib.   Sfera.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbis...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qaraçuxur qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Az...

FHN zəlzələ ilə bağlı məlumat yaydı: Dağıntı qeydə alınıb?

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə d...

Ronaldodan daha bir möhtəşəm qol - VİDEO

Kriştiano Ronaldo növbəti qolunu Portuqaliya yığmasının heyətində vurub.   Sfera.az xəbər verir ki, 40 yaşlı ulduz futbolçu Almaniya milli komandası ...

Bu kiçik ada hər altı aydan bir vətəndaşlıq dəyişir - SƏBƏB

Qırqovul adası Bidasoa çayı üzərində İspaniyanın İrun şəhəri ilə Fransanın Hendaye şəhəri arasında yerləşir. Bu maraqlı ada hər altı ayda bir ölkədən digərinə d...