“Bunlar siyasi məsələlərdir” - Nazir

“Bunlar siyasi məsələlərdir” - Nazir
Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın növbəti Seçki-Hesabat konfransı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Gәnclәr vә İdman naziri Azad Rәhimov konfransdan  әvvәl jurnalistlәrә açıqlama verib.
Nazir Avropa Oyunlarında 14 idman növündә dopinq aşkarlanması ilә bağlı xәbәrlәrdәn danışıb: "Bu məsələni mən iki yerə bölərdim: tibb baxımı və siyasət baxımı. Tibb baxımından hər bir şey məlumdur. Yanvarın 1-dən bu preparat qadağan edilib. Anti-dopinq agentliyinin siyahısına düşüb. İdmançılar bunu qəbul etməməlidirlər. Ondan qabaq hər hansı bir qadağa yox idi və bir çox ölkələrdə dərmanın prezintasiyaları keçirilirdi. Bakıda keçirilən I Avropa Oyunlarına gəlsək, maraqlı bir fakt var. Bu bizim elə möhtəşəm bir işimiz oldu ki, dünya mediasının bəzi orqanları üstündən yarım il keçməsnə baxmayaraq hələ də alçaltmağa çalışır. Nədənsə onlar London olimpiadasına baxmırlar, 16 min idmançıdan ən azı 6 mini qəbul etmişdi. Avropa Oyunlarında biz monitorinq keçirdik və ondan sonra qadağan edildi. İndi elə göstərilməyə çalışılır ki, qazanılan medallar dopinqin hesabınadır. Bunlar ikili standarlardır, siyasi məsələlərdir".

OXŞAR XƏBƏRLƏR