Logo

Güləş üzrə Avropa Çempionatında daha 3 güləşçimiz yarışacaq

Güləş üzrə Avropa Çempionatında daha 3 güləşçimiz yarışacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

Yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç bürünc medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, çempionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxacaq.

55 kq

1/4 final - Alyona Kolesnik - Vania Gomes (POR) / Simona Pricob (ROU)

61 kq

1/8 final - Sarinas Jurcis (LTU) - Hacı Əliyev

74 kq

1/8 final - Jakov Maxaraşvili (GEO) - Cəbrayıl Həsənov

İlkin görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.

Çempionatın digər görüşlərini aşağıdakı linkdən canlı izləmək mümkündür:

//unitedworldwrestling.org/event/european-championship-senior-1

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR