Rasim Məmmədovun bacanağı intihar etdi

Rasim Məmmədovun bacanağı intihar etdi
Bir müddət öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən "Baku Steel Company” MMC-nin direktoru olmuş Rasim Məmmədovun bacanağı Elşən Rəhimov intihar edib.

Sfera.az xəbər verir ki, bu barədə ilk məlumatı iş adamı, sabiq deputat Nazim Bəydəmirli yayıb.

O bildirib ki, E.Rəhimov illər öncə elə "Baku Steel Company”də bacanağı R.Məmmədovla işləyib. Daha sonra onların qanunsuz əməlləri ilə razılaşmayaraq etiraz edib və şirkətlə yollarını ayırıb.

İddiaya görə, bundan sonra R.Məmmədov təzyiq edərək baldızının Elşən Rəhimovdan boşanmasına səbəb olub. Ardınca isə Elşən Rəhimov xaricə köçüb və orada karqo şirkəti yaradıb.

Onun ölkədən didərgin düşməsinə səbəb olan Rasim Məmmədovu DTX həbs edəndən sonra Elşən Rəhimov ailəsi ilə barışacağına ümid edərək Azərbaycana qayıdıb.

Daha sonra Elşən Rəhimov keçmiş bacanağının istintaqına cəlb edilsə də, R.Məmmədovla əlaqəsinin olmadığı müəyyən edilib və sərbəst buraxılıb.

Ramazan bayramı günü Elşən Rəhimov növbəti dəfə həyat yoldaşı ilə görüşərək yenidən bir araya gəlmək istədiyini bildirib, lakin barışıq təklifi qəbul edilməyib.

E.Rəhimov bundan sonra Bakıda yerləşən binalardan birində özünü asaraq intihar edib.

R.Məmmədovun dostlarından biri "Qafqazinfo”ya məlumatı təsdiqləyib. Qeyd edib ki, E.Rəhimovun boşanması sadəcə sənəd üzərində olub. O, ailəsi ilə mütəmadi əlaqə saxlayıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, mayın 13-ü və 14-də Elşən Rəhimov adında şəxsin intihar etməsi ilə bağlı rəsmi informasiya mövcud deyil.

Xatırladaq ki, R. Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat  İlham Əliyevin şikayəti əsasında saxlanılıb. Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...