No Image

Ramiz Mehdiyevin biznes ortağı həbs oluna bilər

Ramiz Mehdiyevin biznes ortağı həbs oluna bilər
 

Ramiz Mehdiyevin siyasi enişindən sonra onun biznes imperiyasında da çöküş başlayıb.

Ölkədə metalurgiya sahəsində uzun illərdir zor gücünə monopoliya yaradan "Baku Steel Company” şirkəti və rəhbəri Rasim Məmmədovun da fəaliyyəti diqqət mərkəzindədir.

Belə ki, adıçəkilən kampaniyadan başqa "Baku Steel Construction”, Bakı Poladtökmə” ASC, Sumqayıt Boruyayma Zavodu, "Bakı Elektroştamp” ASC və bir çox başqa şirkətləri ələ keçirib öz nəzarətində saxlayan Rasim Məmmədovun fəaliyyəti ciddi şəkildə araşdırılır.

Mətbuatda yer alan məlumatlara görə, uzun illərdir səhmdarlarına heç bir divident verməyən, mealurgiya sahəsini tam öz inhisarında saxlayan, bu sahədə heç bir yerli və xarici şirkətin faəliyyətinə imkan verməyən Rasim Məmmədovun zavodları nədənsə "rentabelsiz" işləyir, dövlətə 1 milyondan artıq vergi borcu var, bu ilin fevral ayından isə fəaliyyətini tamamən dayandırıb. Əvəzində dövlətdən və səhmdarlardan gizlədilən gəlirlərlə xaricdə özünə və Ramiz Mehdiyevə yeni bizneslər qurub. Belə ki, onun dövlətə olan külli miqdarda borcunu ödəməkdən yayındığına, Azərbaycandan milyardlarla dollar vəsaiti çıxararaq Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində və Qazaxıstanda yeni zavodlar açdığına dair məlumatlar var.

Digər bir məlumata görə isə, R.Məmmədovun gəlirləri gizlətmə mexanizmlərindən biri də gizli zavod saxlamasıdır. Belə ki, "Suraxanı Əməliyyat Şirkətinin” bir addımlığında olan "Steel Company"nin də ona məxsus olduğu bildirilir. 

Hit.Az-ın əldə etdiyi məlumata görə, R.Məmmədovun iqtisadi sabotajından duyuq düşən dövlət qurumları bir neçə aydır ki, adıçəkilən şirkətlərdə böyük yoxlamalar aparır. Bu yoxlamalar nəticəsində irimiqyaslı yeyinti və vergidən yayınma faktları ortaya çıxıb. Yaxınlarda yoxlamaların nəticələrinin rəsmi açıqlanacağı və R.Məmmədovun həbs olunacağı gözlənilir.

Mətbuatın yazdığına görə, artıq aidiyyatı qurumların müdaxiləsindən sonra Ramiz Mehdiyevin "Baku Steel Company”də çalışan nəvəsi və bacısı nəvəsi şirkətdən uzaqlaşdırılıb. Zavodun sənəd üzərində sahibi olan Rasim Məmmədovun isə artıq bu şirkət üzərində təsiri də minimuma endirilib.

Etibarlı mənbənin bildirdiyinə görə, artıq zavoda yeni rəhbərliyin gətirilməsi istiqamətində işlər aparılır. Bir vaxtlar zavodun rəhbərliyində təmsil olunan Nüsrət Məmmədovun yenidən sədr vəzifəsinə gətiriləcəyi gözlənilir. Qeyd edək ki, N.Məmmədovun rəhbərliyi dövründə zavod rentabelli çalışıb.

OXŞAR XƏBƏRLƏR

Tofiq Yaqublu azadlığa buraxılır

  Müsavat Partiyasının Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət ...

Ramiz Mehdiyevin biznes ortağı həbs oluna bilər

  Ramiz Mehdiyevin siyasi enişindən sonra onun biznes imperiyasında da çöküş başlayıb. Ölkədə metalurgiya sahəsində uzun illərdir zor gücünə monopoliya y...

“Payızda sərt karantinə qayıtmalı olacağıq... ” – Bədbin proqnoz

 Azərbaycanda koronavirus pandemiyasının altıncı ayından sonra Operativ Qərargah yumşalmalara başlayıb. Martdan bağlanan rayonlara gediş-gəliş artıq bərpa ...

Nazirlikdə əməliyyat – Şöbə rəisi rüşvət alarkən tutuldu - VİDEO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin vəzifəli şəxsləri tərəfindən vətəndaşa məxsus Abşeron rayonu, Mehdia...

Ramiz Mehdiyevin 17 anı...

Toy əhvalatı Son həftələrin ən çox müzakirə edilən mövzusu AMEA Prezidenti, Azərbaycan Respublikası Prezident Administrasiyasının sabiq rəhbəri, akademi...

Hikmət Hacıyev: "Karantin səbəbindən atamı axırıncı dəfə martda görmüşəm"

  "Mən atamı axırıncı dəfə martın 13-də görmüşəm. O, Gəncədə yaşayır. Mən də çox istərdim ki, rayonlara gediş-gəliş olsun və valideynlərimizi görə bi...