Ramiz Mehdiyev əməkdaşların bağ evlərini əlindən alıb? – AMEA-dan cavab

Ramiz Mehdiyev əməkdaşların bağ evlərini əlindən alıb? – AMEA-dan cavab
Ramiz Mehdiyevin AMEA-nın 500-dən çox əməkdaşına verilmiş bağ sahələrinin əllərindən alınması ilə bağlı göstəriş verməsi haqda xəbərlər yayılıb.

Bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli məlumat verib. Qeyd edilib ki, AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi institutlara məktub göndərərək, bağ sahələrinin ləğv edildiyini və müqavilələrin qanunsuz olduğunu bildirib. Əməkdaşlara ötən gün bu barədə məlumat verilib.

Qeyd olunur ki, onlar bağ sahələrinin əllərindən alınması tapşırığı birbaşa Ramiz Mehdiyevdən gəlib və AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri Elton Məmmədov (Ziya Məmmədovun qardaşı), müdir müavini Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəninin qardaşı) bu məsələdə birbaşa maraqlı olduqlarını bildirirlər.

Məsələ ilə bağlı Sfera.az qurumla əlaqə yaradıb. AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsinin müdir müavini Gülnar Hacıyeva saytımıza açıqlamasında bildirib ki, yayılan məlumatın heç bir əsası yoxdur: "Bu iddianı təsdiq edən heç bir rəsmi sənəd yoxdur. Buna görə də mövzuyla bağlı hər hansı təkzib və ya açıqlama verilə bilməz”.

Günay
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR