Qureşi Ceyhun Bayramovu Pakistana dəvət etdi

Qureşi Ceyhun Bayramovu Pakistana dəvət etdi
Bu gün xarici işlər naziri Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında telefon danışığı baş tutub.

XİN-dən Sfera.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə inkişafını məmnunluqla qeyd ediblər.

Həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulanıb.

Nazirlər, iki ölkə arasında ötən il ərzində həm Xarici İşlər Nazirlikləri səviyyəsində, həm də digər qurumlar arasında həyata keçirilən təmasların intensivliyini məmnunluqla vurğulayıblar. Cari ildə iki qardaş ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının ötən ilin dekabr ayında Bakıda keçirilən iclasına istinad edərək, əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazirlər, həmçinin ötən ilin 19 dekabr tarixində İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslamabadda keçirilən növbədənkənar iclasının nəticələri barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi Azərbaycanlı həmkarını İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçiriləcək növbəti, 48-ci iclasına dəvət edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...