Qurban Qurbanov siyahıda 13 pillə irəlilədi

Qurban Qurbanov siyahıda 13 pillə irəlilədi
 

Baş məşqçilərin dünya reytinqi açıqlanıb.

Sfera.az xəbər verir ki, siyahıda planetin ən güclü 1000 çalışdırıcısı yer alıb.

Azərbaycan Premyer Liqasında çalışan iki məşqçi də cədvələ düşüb. Yeganə yerli mütəxəssis - "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1054 xalla dünyanın 577-cisidir.

 

Ötən reytinqlə müqayisədə aktivinə 37 xal əlavə edən 47 yaşlı məşqçi 13 pillə irəliləyib. Onun arxada qoyduğu məşqçilər arasında vaxtilə ölkəmizdə "Xəzər Lənkəran”a rəhbərlik etmiş Mirça Rednik də var. Son iş yeri Buxarest "Dinamo”su olan rumıniyalı 586-cı yerdə qərarlaşıb.
 
"Neftçi”nin italiyalı məşqçisi Roberto Bordin isə 818 xalla 676-cıdır. O, son siyahı ilə müqayisədə 5 pillə geriləyib. 

Qeyd edək ki, cədvələ "Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. Onun hesabında 16 min 115 xal var.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...