Qurban Məmmədovun Türkiyə şousu – Nəyə xidmət edirdi, hədəfdə kimlər vardı?

Qurban Məmmədovun Türkiyə şousu – Nəyə xidmət edirdi, hədəfdə kimlər vardı?
Avropada mühacir həyatı yaşayan, indi yotuberlik fəaliyyəti ilə məşğul olan, qalmaqalları ilə məşhur hüquqşünas Qurban Məmmədovun ötən həftə Türkiyədən verdiyi mesaj çoxları üçün müəmma olaraq qalır.
 
Sfera.az xatırladır ki, bir müddət öncə Azərbaycan informasiya məkanında Qurban Məmmədovun Türkiyədə Interpol tərəfindən saxlandığı haqda informasiyalar yayılmağa başladı. Üstündən bir neçə saat keçdikdən sonra isə Qurban Məmmədov heç nə olmayıbmış kimi "artıq Londondayam” açıqlamasını verməsi hansısa gizli kombinasiyaların qurulmasından xəbər verirdi.
 
Xatırladaq ki, buna qədər Qurban Məmmədovun prezidentin sabiq köməkçisi Əli Həsənovla uzun illər boyu birgə gizli fəaliyyət göstərərək Azərbaycan hakimiyyətinə, yüksək vəzifəli məmurlara, ən əsası isə Prezidentə və onun ailə üzvlərinə qarşı qara piar şəbəkəsi qurması, bunun qarşılığı olaraq isə paytaxtın Nərimanov rayonu ərazisində dəbdəbəli mənzillərlə təmin olunması haqda informasiyalar ictimailəşmişdi.
 
O da məlum idi ki, Qurban Məmmədov Londona köçdükdən sonra Əli Həsənov tərəfindən xaricdə Prezidentə, onun ailəsinə, komandasına qarşı sosial platformalarda aparılan anti-təbliğatın əsas kuratorlarından birinə çevrilmişdi.
 
Tam olaraq deşifrə olunmuş Qurban Məmmədovun son gedişləri isə köhnə ortaqlarını şantaj edərək özünün daha güvənli müdafiəsini təmin etməyə xidmət edirdi.

Yəni, bu, əslində Qurban Məmmədovun vərdişi, adətidir. İndiyədək o, dəfələrlə ona çörək verənləri nəinki yarı yolda qoyub, hətta ifşa edib.
 
Bəs, Qurban Məmmədov indi kimləri şantaj edirdi və ya kimləri "ayıltmağa” çalışırdı?
 
1. Sökülmüş mənzilinin sahəsini bilərəkdən dəfələrlə artıq sənədləşdirməklə onun daha böyük əmlaka sahiblənməsinə şərait yaratmış Nərimanov RİH-nin şöbə müdiri Nurlan Həsənovumu?
 
2. Həmin mənzilləri ona hədiyyə edilməsinə körpü rolu oynamş Nərimanov RİH başçısı Abdin Fərzəliyevimi?
 
3. Sözügedən binanı tikmiş Gilan şirkətinimi?
 
4. Ona birbaşa tapşırıqlar vermiş böyük himayədarı Əli Həsənovumu?
 
5. Məlum şəbəkənin patriarxı olan və bu proseslərİ idarə etməkdə adı hallanan Ramiz Mehtiyevimi?
 
Xatırlayırsınızsa, Qurban Məmmədov ifşa olunduqdan sonra "Azərbaycana qayıtmaq istəyirəm” şousunu təqdim etməyə başladı. Daha sonra isə "İstanbuldayam” mesajını verdi.
 
Zatən, onun nə etmək istədiyi və hədəf ünvanı aydın idi. Qurban Məmmədov cinayət ortaqlarına siqnallar göndərirdi ki, Bakıya qayıtsam baş verənlərlə bağlı ifadə verəcəm. Aydın məsələdir ki, bu oyunun əsas ssenaristlərini və iştirakçılarını narahat etməyə bilməzdi.
 
Qurban Məmmədov özünün sanki Türkiyəyə qədər gəlməsi, burada həbs olunması xəbəri üzərindən manipulyasiya edərək istəyini reallaşdırmış oldu.

Yəni, məni İngiltərədə tək qoymayın və pul göndərməkdə davam edin...!
 
Görünür, onun bu mesajı ünvana olduğu kimi çatdı. Və hazırda Qurban Məmmədov Londondadır. Daha indi heç "Azərbaycana qayıdacam” mesajları da səsləndirmir.
 
Amma onun oyunu hələ tam bitməyib, sadəcə növbəti pərdə, endirilib, yeni pərdədə də oyun başlamaq üzrədir.
 
Bir də görərik ki, Qurban Məmmədov Londona ezam olunmuş Respublika Prokurorluğunun müstəntiqlərinə izahat verərək, malik olduğu şəbəkənin iştirakçıları – Ramiz Mehdiyev, Əli Həsənov, Abdin Fərzəliyev və digərləri barədə şok faktları, ittihamları səsləndirir…
 
Tamaşanın davamını izləyək…
 
"Sfera" Analitik Qrupu

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...