“Qiymət artımı qaçılmazdır...” – Su tariflərinin artırılması daha nələri bahalaşdıracaq?

“Qiymət artımı qaçılmazdır...” – Su tariflərinin artırılması daha nələri bahalaşdıracaq?
"Benzinin qiymətindəki artım hansısa təbəqəyə təsir etməyə bilər, amma suyun bahalaşması bütün təbəqələrə təsir edəcək, qiymət artımı qaçılmazdır".

Bunu Sfera.az-a iqtisadçı ekspert Qadir İbrahimli su tariflərinin artırılması ilə bağlı danışarkən bildirib.

Ekspert bəzi sahələrdə xüsusilə bahalaşmanın olacağını qeyd edib:

"Xidmət, ictimai iaşə sektorunda qiymətlər bahalaşacaq. Çünki onların əsas maya dəyərini təşkil edən elementlərdən biri sudur. Xidmət sektoru dedikdə kafe-restoran biznesini, turizm sahəsini nümunə gətirmək olar. Eyni zamanda bahalaşma bəzi məhsullarda da özünü göstərəcək. Çünki əksər məhsulların maya dəyərində suyun da çəkisi var və bu da öz təsirini bahalaşma ilə göstərəcək. Deməzdim ki, qiymətlər fantastik dərəcədə olacaq, amma istənilən halda bahalaşmanı hiss edəcəyik.

Bundan başqa kənd təsərrüfatı mallarının da qiyməti qalxacaq. Çünki suvarma qiymətləri yüksələcək. Bu baxımdan bahalaşma bütün seqmentləri əhatə edəcək".
 
Sfera.az
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...