No Image

QHT-lər maliyyə əməliyyatlarını elektron formada apara biləcəklər - QANUNA DƏYİŞİKLİK

QHT-lər maliyyə əməliyyatlarını elektron formada apara biləcəklər - QANUNA DƏYİŞİKLİK
 Prezident İlham Əliyev "Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Sfera.az xəbər verir ki, qanuna əsasən, "Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə aşağıdakı məzmunda 4-3-cü hissə əlavə edilir:

"4-3. Qeyri-hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının) "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər.”.

Prezident İlham Əliyev, həmçinin "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Qanunu da imzalayıb.

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 16.2-1-ci, 16.2-2-ci və 24-3-cü maddələr əlavə edilir:

"16.2-1. Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin elektron müraciət əsasında müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə dövlət qeydiyyatı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

16.2-2. Qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada istifadə edilir.”;

"Maddə 24-3. Qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsinin elektron müraciət əsasında aparılması

Qeyri-hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və qəbul etdikləri ianələr üzrə məlumatların təqdim edilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə bilərlər.”.

OXŞAR XƏBƏRLƏR

“Azərbaycanın təlimlərdə yüksək nəticələr göstərməsi şəxsi heyəti daha da ruhlandırır”

"Azərbaycan Ordusunda şəxsi heyətin ruh yüksəkliyi və döyüş hazırlığı kifayət qədərdir”.   Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatl...

İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edib

Sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əli...

lham Əliyev: “Ermənistan müharibəyə hazırlaşır”

  "Keçən dəfə fevral ayındakı görüşümüzdən bəri regionumuzda bir çox şey dəyişib. Əfsuslar olsun ki, region daha təhlükəsiz bir məkana çevrilməyib. Təəssü...

Deputat: “Azərbaycanın uğurlu enerji siyasəti Ermənistanı dalana dirəyib”

 Həyata keçirilən neft-qaz layihələri Azərbaycan dövlətinin güclənməsinə, qüdrətlənməsinə, təhlükəsizliyinin təmin olunmasına, əhalinin sosial-iqtisadi vəz...

Gürcüstan prezidenti: “Azərbaycanla sərhədin delimitasiyası vaxtında başa çatdırılmalıdır”

 "Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin vaxtında başa çatdırılması qarşılılqı strateji maraq kəsb edir”. Sfera.az xəbər verir ki,...

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş uçuşları başlayıb

 Müdafiə Nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-döyüş uçuşları keçiri...