“Qəti şəkildə antibiotik qəbul edilməməlidir” – Həkimdən XƏBƏRDARLIQ

“Qəti şəkildə antibiotik qəbul edilməməlidir” – Həkimdən XƏBƏRDARLIQ
 Havalar soyuyan kimi qripə yoluxanların sayı da artır. Hərarət, öskürək, burun tutulması günlərlə, hətta aylarla sağalmır. Əhali qrip virusundan əziyyət çəksə də, bəzən müalicə də kömək etmir.
Sfera.az xəbər verir ki, səhiyyə işçiləri qrip xəstəliyinin səbəbləri və niyə gec sağalmasından danışıb. Həkim Adil Qeybulla Sputnik Azərbaycan-a bildirib ki, insanlar tənəffüs yollarında baş verən istənilən iltihabi prosesi qrip adlandırırlar.

"Bu, qripəbənzər əlamətlərdir, amma qrip deyil. Həmin xəstəlik yuxarı tənəffüs yollarının kəskin respirator xəstəlikləri adlanmalıdır. Qrip isə karantin infeksiyadır. Qrip virusu yayılanda Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı həyəcan təbili çalır. Sadəcə indi yayılan yuxarı tənəffüs yollarında kəskin respirator qripəbənzər xarakterlərə malik olduğu üçün insanların əksəriyyəti qrip kimi qəbul edir” — həkim bildirib.

A. Qeybullanın sözlərinə görə, yuxarı tənəffüs yollarında normada parazitlik edən çox sayda virus var: "Bunlar venaviruslar, paraviruslar və bu kimi viruslardır. Bu viruslar bədən immuniteti aşağı düşəndə, soyuqdəymə baş verəndə fəallaşır. Bu virusların məhv olması və orqanizmin xəstəlikdən bərpası xeyli zaman alır”.

"Bu xəstəliklər zamanı bədənin müqaviməti də aşağı olur və digər insanlara da keçmə halları olur. Ona görə də hamı bu virusları qrip kimi tanıyır. İnsanlar zamanında bu xəstəliyə qarşı düzgün mübarizə aparmasalar, daha kəskin hallara gətirib çıxara bilər. Fəsadlar udlaq arxası apset, pnevmoniya, meningit kimi xəstəliklər törədə bilər” – deyə ekspert əlavə edib.

Həkim iddia edir ki, rəsmi statistika bunu gizlətsə də, keçən il yüksək hərarət və qripəbənzər əlamətlərlə xəstələnən bir neçə nəfər ölüb: "Deməli, bu xəstəliyin ən ağır fəsadı ölümlə nəticələnə bilməsidir”.

Həmsöhbətimiz bildirib ki, yayılan xəstəlik ciddiyə alınmalıdır, virusa tutulan şəxs xəstəlikdən qorunmaq üçün çoxlu maye qəbul etməlidir, vitamin B, C qəbul edilməlidir: "Yataq rejimində olmalıdırlar və mütləq həkimlərin nəzarəti ilə dərman qəbul edilməlidir”.
"Əhali adətən həkim məsləhəti olmadan antibiotik qəbul edir, bu da sonradan daha böyük fəsadlara gətirib çıxarır. Qəti şəkildə antibiotik qəbul edilməməlidir. Bu daha da böyük fəsadlara gətirib çıxara bilər” — tibbi ekspert xəbərdarlıq edib.

Həkim Rasif Bağırovun sözlərinə görə isə, qrip virusu dəyişkən formaya malik olduğu üçün ona qarşı konkret peyvənd hazırlamaq mümkün olmur: "Ona görə də, yalnız müalicə etməklə bu xəstəliyin qarşısını almağa çalışırlar. Həmin dərmanlar müəyyən qədər kömək etsə də, tam kömək edə bilmir”.

"Onu da unutmayaq ki, hər bir orqanizm fərqlidir və fərqli mübarizə apara bilir. Orqanizm var ki, qrip virusu onda tez məhv olur, orqanizm də var, zəifdir, virus daha gec ölür. Amma qrip bədəndə ən çox 3-10 gün arası qala bilir. Sadəcə qrip virusu ikinci infeksiyanı yaradır və özü məhv olur” — Bağırov vurğulayıb.

"Yuxarı tənəffüs orqanlarında və digər yerlərdə fəaliyyətini saxlamış infeksiyalar da qrip virusu zamanı bədənin zəifləməsi nəticəsində münbit şərait olduğu üçün inkişaf edir. Bir sözlə, çalışmaq lazımdır ki, qrip virusuna tutulmayasan” — o, əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...