“Qəbələ”nin prezidenti: AFFA bizə illik büdcə ayırmayacağını bildirdi

“Qəbələ”nin prezidenti: AFFA bizə illik büdcə ayırmayacağını bildirdi

"Qəbələ” İdman Klubunun maliyyə problemləri ilə bağlı yazılanlar hardasa doğru idi. Klubun dağılmaq təhlükəsi olduğu yazılırdı. 

Sfera.az xəbər verir ki, bunu "Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov deyib.

O bildirib ki, artıq klub yeni sponsorla müqavilə bağlayıb: 

 

"Biz bu məsələ ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla da danışmışdıq. Bu məsələ AFFA İcraiyyə Komitəsinin iclasında da müzakirə olundu. Ancaq AFFA-dan bizə illik büdcə ayrılmayacağı bildirildi. Bunu belə əsaslandırdılar ki, büdcəmiz yoxdur. Amma Allaha şükür ki, "Jalə” şirkəti ilə müqavilə bağladıq. Daha bir neçə sponsorla da danışıqlar davam edir. Onlar "Gilan Holdinq”ə daxil olmayan şirkətlərdir.

Düz qeyd edirsiniz ki, "Jalə” əvvəllər də bizə sponsor olub. Amma əvvəl "Gilan Holdinq” bizim təsisçimiz idi deyə əməkdaşlıq edirdik. Amma indi "Gilan Holdinq” bizim sponsorumuz deyil və "Jalə” ilə müstəqil şirkət kimi ilyarımlıq müqavilə bağladıq. Təbii ki, əvvəlki sponsorluqla indiki arasında maliyyə fərqi var. İndi bu şirkətin loqosu formalarımızın arxa hissəsində əks olunacaq. Qabaq hissəyə isə danışıq apardığımız şirkətlərdən birinin loqosu vurulacaq. Hələ ki o hissə boşdur”.

Fariz Nəcəfov onu da bildirib ki, komanda çempionatda var-gücü ilə mübarizə aparacaq:

"Biz çempionatda mübarizəmizi davam etdirəcəyik. Olduğu yerdən davam edirik. Klub yaşayacaq. Amma istisna etmirəm ki, digər danışıq apardığımız şirkətləri komandaya sponsor kimi cəlb etməyək”. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...