“Qəbələ” “Sumqayıt”ı məğlub etdi
18:10 / 30.11.2020
4643
Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Sfera.az xəbər verir ki, turun son matçında "Sumqayıt” "Qəbələ”ni qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qazanılan qələbə sayəsində Elmar Baxşıyevin yetirmələri nəinki turnir cədvəlində sonuncu pillədən qurtulub, hətta 6-cı yerə yüksəlib.
Qeyd edək ki, turun ilk üç oyununda qalib müəyyənləşməyib. "Neftçi” – "Zirə” matçında 0:0, "Keşlə” – "Sabah” və "Səbail” – "Qarabağ” görüşlərində eyni - 1:1 hesabı qeydə alınıb.
Azərbaycan Premyer Liqası
XI tur
30 noyabr (bazar ertəsi)
16:00. "Sumqayıt" - "Qəbələ" - 0:1
Qol: Rafael Utriq, 16