“Qazi” sərxoş olub bunları etdi - VİDEO

“Qazi” sərxoş olub bunları etdi - VİDEO
Yanvarın 14-də  "Tik-Tok" sosial şəbəkəsində "Qazini təhqir etdilər, bu da sonu" başlığı ilə bir nəfərin "Khazar" markalı avtomobilin şüşələrini sındırmasını əks etdirən görüntülər yayılıb.

Sfera.az xəbər verir ki, faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, həmin şəxs Bakı şəhər sakini, 35 yaşlı Anar Məmmədovdur. O, şüşələrini sındırdığı avtomobili  "Azərmaş" ASC-dən lizinq müqaviləsi əsasında almasına baxmayaraq son 7 ay ərzində ödəniş etmədiyi üçün etibarnaməsi ləğv edilib və yanvarın 11-də yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitəsi saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.

"Azərmaş" ASC tərəfindən vətəndaş Anar Məmmədova etibarnamə verilmədiyindən tərəflər arasında mübahisəli vəziyyət yaranıb. Yanvarın 13-də A.Məmmədov sərxoş halda duracağa gələrək avtomobilin şüşələrini sındırmaqla nəqliyyat vasitəsinə 4.090 manat dəyərində maddi ziyan vurub.
Hazırda faktla bağlı idarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılaraq araşdırma aparılır. Həmçinin müəyyən edilib ki, Anar Məmmədov özünü qazi kimi təqdim etsə də o, ümumiyyətlə müharibə iştirakçısı deyil və heç bir döyüş əməliyyatında iştirak etməyib. Belə ki, o, 2020-ci il sentyabrın 30-da qismən səfərbərliyə cəlb edilərək hərbi hissələrdən birinə əsgər kimi göndərilib, lakin 6 gündən sonra orada avtomaşından yıxılaraq xəsarət aldığı üçün ordu sıralarından tərxis olunub. (milli.az)
 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...