Qazi atasının evini satdırdı, 17 il aylıq məvacibinin yarısını aldı... “İmam Mehdi”dən daha bir ŞİKAYƏT

Qazi atasının evini satdırdı, 17 il aylıq məvacibinin yarısını aldı... “İmam Mehdi”dən daha bir ŞİKAYƏT
"12-ci İmam Mehdi” kimi tanınan Aqil Babayevin dələduzluğunun daha bir qurbanı 2-ci Qarabağ müharibəsi qazisi Ələkbər Nəftəliyevin atası Aydın Naftəliyevdir. Aqil Babayev zərərçəkənin etibarından sui-istifadə edərək, 75000 (yetmiş beş min) manat məbləğində pulunu ələ keçirərək, ona külli miqdarda maddi ziyan vurub.

Sfera.az-ın məlumatına görə, Aydın Naftəliyev deyir ki, Aqil Babayevlə 2004-cü ildə tanış olub. Elə o zamandan etibarən də müxtəlif vədlərlə aldadılıb:

"Həmin vaxt mən Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 6 saylı CÇM-də (ədliyyə mayoru) baş əməliyyat müvəkkili vəzifəsində işləyirdim. Aqil Babayev əvvəlcə özünü dindar insan kimi təqdim etmişdi. Bir müddət sonra isə o, özünü "İmam Mehdi” kimi təqdim edərək, Allahın elçisi olduğunu və yalnız ona ibadət etməyi, onun göstərişlərinə tabe olmağı təbliğ etməyə başladı. O, mənim Ədliyyə orqanlarında qulluğumun "şeytan əməli” olduğunu və şeytana xidmət etdiyimi bildirərək, məni xidmətdən uzaqlaşmağa, ona qulluq etməyə məcbur edib. 2006-cı ildə səhhətimdə yaranmış xəstəliklərlə əlaqədar təqaüdə buraxıldım.

Aqil Babayevi tanıdığım ilk aylardan onun göstərişi ilə hər ay qazancımın və təqaüd kimi aldığım məvacibin minimum 2,5 faizi hissəsini ona vermişəm. Mən 2004-cü ildən 2021-ci ilin aprel ayına kimi ona ümumilikdə 10000 (on min) manatdan artıq zəkat qismində pul vermişəm. O, isə kasıb və dindar ailələr üçün yığılan zəkat pullarını öz xərclərinə sərf edib.  

Bundan əlavə, 2018-ci ilin sonlarında Aqil Babayev Bakı şəhəri, Xətai rayonu ərazisində kasıb və dindar ailələr üçün yüksəkmərtəbəli bina inşa etdirdiyini, lakin işlərinin tamamlanması üçün ona təcili pul lazım olduğunu dedi və mənzilimi dəyər-dəyməzə satıb pulları ona verməyimi bildirdi. Dedi ən geci bir il ərzində inşa etdirdiyi binada mənə təmirli və ümumi sahəsi 150 k.vm mənzil verəcək. Mən ona inanıb 2018-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi 27, mənzil 8 ünvanında yerləşən mənzilimi 65000 (altmış beş min) manata sataraq pulları şəxsən ona verdim. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Aqil Babayev mənə verdiyi vədi yerinə yetirmədi. Mənə sonradan məlum oldu ki, Aqil Babayev heç bir tikinti işi ilə məşğul olmur və məni bu qədər zamandır aldadırmış. Halbuki, evimin real bazar dəyəri həmin vaxt  90000 (doxsan min) manat idi.”

Xatırladaq ki, Aydın Naftəliyev 2-ci Qarabağ müharibəsi qazisi Ələkbər Nəftəliyev atasıdır.

QEYD: Aqil Babayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar da bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
 
İqtisadiyyat.az 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Polis bu qadını axtarır - FOTO

Göygöl rayonu Zurnabad kənd sakini Gülnarə Hüseynova noyabr ayının 18-də Göygöl rayonunda yaşayan qohumunun evindən çıxaraq bir daha geri qayıtmayıb. &nbs...

Cəlilabadda 22 yaşlı gənci bıçaqlayıb öldürdülər

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, rayonun Sabirabad kəndində 1999-cu il təvəllüdlü Əliyev Vüsal Möhübbət oğlu bıçaq...

Bakıda qəbiristanlıq gözətçisi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi olub. Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ...

600 minlik yeyinti edən baş həkim - “Bunu təkbaşına görməmişəm”

600 min manatdan çox mənimsəmədə ittiham olunan Bakı şəhər 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının rəhbəri Rəsul Baxşəliyevin cinayət işi üzrə məhkəmə prosesi...

Bakıda qəbiristanlıq gözətçisi BIÇAQLANDI

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dekabrın 3-də saat 2 radələrində Şağan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda bir nəfərin xuliqanlıq zəmi...

Salyanda mağazadan 63 min manat oğurlanıb

Salyan rayon sakini İslam Ağayev Rayon Polis Şöbəsinə müraciət edərək müxtəlif vaxtlarda ona məxsus inşaat materialları mağazasından pulunun oğurlanması və ümum...