No Image
No Image

"Qazaxın kəndləri qaytarılacaq, sərhədlər açılacaq..." – Lavrovun səfərindən gözləntilər

"Lavrov Azərbaycana səfəri zamanı əsasən təxribat məqsədilə Azərbaycana göndərilmiş 62 nəfərin Ermənistana qaytarılması məsələsini aktiv müzakirə edəcək".
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. O, səfər zamanı bir çox məsələlərin həllini tapa biləcəyini qeyd edib:

"Lavrovun Ermənistana da səfər etməsi insanda elə təəssürat oyadır ki, həm də kommunikasiyaların açılması məsələsi gündəmdə olacaq. Lavrovun səfəri bütövlükdə problemlərin həllində müəyyən rol oynayacaq. Bu problemlərin isə içərisində birinci yerdə kommunikasiya məsələsi yer alır. Hazırda ermənilər Zəngəzur dəhlizinin açılmasını protesto edirlər. Ermənistan hakimiyyət orqanları isə seçki ərəfəsi olduğu üçün vətəndaşa bu istiqamətdə basqı etmir. Bundan başqa Gümrü-Qars dəmiryolu, sərhədlərin açılması kimi problemlər də müzakirə oluna bilər. Müzakirə dedikdə, Azərbaycan Lavrovdan və Ermənistandan tələb edəcək ki, 10 noyabr sazişində əks olunan belə məsələlər tezliklə həllini tapsın".

Müsahibimiz yaxın vaxtlarda Qazaxın işğalda olan kəndlərinin də qaytarılacağını diqqətə çatdırıb:

"Qazaxın işğalda olan 7 kəndinin qaytarılması məsələsi də Lavrovun gəlişi zamanı müzakirə olunmalıdır. Bu kəndlərin yaxın zaman ərzində qaytarılması real görünür. Əgər Ermənistanla Zəngəzur bölgəsində sərhədləri demarkasiya edərkən orada olan bir kənd, yol Azərbaycan ərazisinə keçirsə, o zaman həmin 7 kəndin Azəraycanın nəzarətinə keçməsi labüd görünür. Erməni tərəfi kəndlərin qaytarılmasında maneə yaradarsa, o zaman Azərbaycan ordusu hərəkətə keçib kəndləri nəzarət altına alacaq".  

Əzizə Zeynal
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident səhiyyə işçilərini təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sfera.az-ın məlumatına görə, sər...

Kreml sözçüsündən Şuşa bəyannaməsinə sərt reaksiya: “NATO ölkələrinin Rusiya sərhədləri yaxınlığında...”

Kremlin sözçüsü Dmitri Peskov Türkiyə hərbi bazalarının Azərbaycanda qurula biləcəyi haqda xəbərləri diqqətlə izlədiklərini bildirib. Sfera.az xarici ...

"Rusiya XİN hansı hüquqla Qarabağ məsələsini xaricilərlə müzakirəyə çıxarır?" - ETİRAZ

"Rusiya Xarici İşlər Nazirliyi artıq Qarabağ problemi terminindən istifadə etməməli, beynəlxalq təşkilatlarla bu məsələnin müzakirəsinə son qoymalıdır”. ...

Türkiyə Prezidentinə “Zəfər” adlı Qarabağ atı hədiyyə edildi

Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” kompozisiyasının təqdimatı zamanı Türkiyə Respublikasının Prezide...

Əliyevlə Ərdoğanın Şuşadan dünyaya verəcəkləri mesaj – Nələr gözlənilir?

"İlham Əliyevin Ərdoğanı Bakıda yox, Qarabağda rəsmi mərasimlə qarşılamasının iki şifrəsi var. Birincisi, işğaldan azad edildikdən sonra Qarabağa ilk səfər ed...

Ərdoğanın Şuşaya səfər proqramı AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandakı səfər proqramı bəlli olub. Sfera.az TRT-yə istinadən xəbər verir ki, Bakıya gələn Ərdoğan buradan...