Qazaxın işğaldakı kəndləri ermənilərdən boşaldılır? - Sərhəddən xəbər var

Qazaxın işğaldakı kəndləri ermənilərdən boşaldılır? - Sərhəddən xəbər var
Erməni sosial şəbəkələrində yayılan məlumata görə, Azərbaycanın Qazax rayonunun işğal altındakı 7 kəndi ilə bağlı demarkasiya və delimaitasiya işləri başlanıb. Xəbərlərdə artıq Barxudarlı kəndinin ermənilərdən boşaldıldığı da bildirilib. Digər 6 kəndin də tezliklə Rusiya sülhməramlılarının vasitəçiliyilə Azərbaycan Ordusunun nəzarətinə veriləcəyi qeyd edilir.

Ermənilərin sosial şəbəkələrdə yazdıqları şərhlərdən təşvişə düşdükləri hiss olunur. Hətta bir çoxları sos siqnalı verərək, kəndlərin boşaldılmasını faciə kimi qiymətləndirirlər.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış bəyanatın 2-ci bəndində Qazax rayonunun işğal edilmiş 7 kəndinin də Azərbaycana geri veriləcəyi qeyd edilmişdi. Lakin sonradan əsas açıqlamada və bəyanatın təqdimetməsində həmin müddəanın yer almadığı bəlli oldu.

Buna baxmaraq, bir müddət sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirdi ki, razılaşmaya əsasən, Ermənistan Qazaxın işğal altındakı hissələrini boşaldacaq.

Qazax rayonun işğal altında qalan kəndləri bunlardır:

Bağanis Ayrım – 24.03.1990
Xeyrimli – 08.03.1992
Aşağı Əskipara – 12.03.1992
Barxudarlı – 27.04.1992
Sofulu – 27.04.1992
Qızılhacılı - 11.05.1992
Yuxarı Əskipara – 08.06.1992

Qeyd edək ki, 10 noyabr tarixli bəyanatdan sonra faktiki olaraq, Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədi yenidən qurulur. Çünki 1992-93-cü illərdəki işğaldan sonra Zəngilan və Qubadlının bəzi əraziləri Ermənistana ilhaq edilmişdi. Həmin ərazilər son vaxtlar Rusiya süləhməramlılarının vasitəçiliyilə yenidən demarkasiya və delimitasiya olunub və Ermənistandan geri alınaraq, Azərbaycana təhvil verilib.

Belə görünür ki, artıq növbə Qazaxın işğaldakı kəndlərinə çatıb. Qeyd edək ki, bəhs etdiyimiz 7 kənd Azərbaycanın Ermənistan ərazisindəki həm eksklavı, həm anklavı sayılır.  Həmin kəndlərə Azərbaycanın əsas ərazisindən bilavasitə yol yoxdur. Bunun üçün kəndlərə dəhliz açılıb-açılmayacağı barədə hələ ki bir qərar yoxdur... 

Mənbə: Modern.az

OXŞAR XƏBƏRLƏR

"Bavariya"nın oyunçusu Mbappedən DANIŞDI: "Mənlik olsa..." 

"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala PSJ-in hücumçusu Kilian Mbappe haqqında danışıb.   Sfera.az bildirir ki, o, Mbappenin "B...

Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ - Sürücülərin DİQQƏTİNƏ!

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

"Barça" ən bahalı oyunçularından birini SATACAQ

"Barselona" yay transfer pəncərəsində heyətində böyük dəyişikliklərə hazırlaşır.   Sfera.az xəbər verir ki, Kataloniya klubu artıq yolları...

İlham Əliyevin Sultan Əhməd Əl-Cabir ilə görüşü BAŞLADI - FOTO

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhmə...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü OLDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü başa çatıb. &...

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...