Qazaxda 22 yaşlı oğlan ürəyindən bıçaqlanaraq öldürüldü
22:22 / 13.08.2021
1456
Qazax rayonunda qətl hadisəsi törədilib.
Sfera.az-ın verdiyi məlumata görə, hadisə rayonun İkinci Şıxlı kəndində baş verib. Kənd sakini 1999-cu il təvəllüdlü Mansurov Novruz Ferruz oğlu ürək nahiyyəsindən bıçaqlanıb.
Ağır vəziyyətidə xəstəxanaya aparılan 22 yaşlı gənc xəstəxanada dünyasını dəyişib.
Hələki, hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil.