“Qarabağ”dan növbəti etiraz

“Qarabağ”dan növbəti etiraz
Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi Uros Matiçin forma yazısına görə "Qarabağ”ı 3 min manat məbləğində cərimələyib. Bundan sonra Ağdam klubu qərarın ləğv olunması üçün qurumun Apellyasiya Arbitraj Tribunalına şikayət edib.

Sfera.az bildirir ki, məsələ ilə əlaqədar "Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az saytına açıqlama verib. O bildirib ki, klub cərimə qərarını doğru saymır:

"Qərarın ləğvi üçün ciddi əsas ondan ibarətdir ki, qərar "AFFA-nın İntizam Komitəsinin əsasnaməsi: Prosedural Qaydalar”ın müvafiq bəndlərinin tələblərini pozaraq qəbul edilib. Həmin tələblərə görə İntizam Komitəsinin iclaslarında və araşdırmalar zamanı tərəflərin dinlənilmək hüququna hörmət etmək göstərilir. İntizam Komitəsi inzibati prosedur zamanı təxirəsalınmaz məsələlər istisna olmaqla, əlaqəli şəxsi dinlənilmək və öz işini təqdim etmək imkanı verilmədən sanskiya tətbiq edilə bilməz. Qısaca, klubumuzun sələhiyyətli şəxsi onlayn keçirilmiş iclasda iştirak etməyib. Yəni əlaqəli şəxs dinlənilmədən və öz işini təqdim etmək imkanı olmadan bizə cərimə verilib. Qərarın ləğvi üçün digər əsas odur ki, İntizam Komitəsi qərarında sözügedən pozuntunun 19 fevral 2021-ci il tarixində Premyer Liqanın 16-cı turu çərçivəsində keçirilən "Sumqayıt” – "Qarabağ” oyununda baş verdiyini qeyd edilir. Amma klubumuzun  8 nömrəli oyunçusu Uroş Matiç həmin qarşılaşmada 1 dəqiqə belə meydanda olmayıb.
Burada sual yaranır ki, niyə məhz oynamadığı oyun? Bəli, etiraf edirik ki, daha əvvəlki matçlarda da Matiçin adı Azərbaycan əlifbasının tələblərinə uyğun şəkildə yazılmayıb. Burada dilimizə hörmətsizlikdən söhbət gedə bilməz. "Qarabağ” klubunun Azərbaycanın dəyərlərinə necə hörmət etdiyini hər kəs bilir. Bunu faktlarla sadalasaq, zamanımız yetməz.  İntizam Məcəlləsinin cəza üçün əsas göstərilən müvafiq bəndində Azərbaycan dilinə hörmətlə bağlı bir kəlmə də yoxdur. Orada forma standartlarında futbolçunun adının sifariş ərizəsində olduğu kimi yazılması göstərilir. Sifariş ərizəsində adların yazılışı isə ayrı mövzudur.  Digər tərəfdən, maraqlı olan bilirsiz nədir? "Sumqayıt” – "Qarabağ” protokolunu tərtib edən AFFA nümayəndəsi daha əvvəl iki oyunumzda eyni funksiyanı yerinə yetirib.  Məgər o, həmin oyunlarda Matiçin formasını görməmişdi?  Daha əvvəl oynadığı oyunlarda cəza versəydilər, anlamaq olardı. Sosial şəbəkədə yayılmış şəkilə görə cəza verirlər? Biz də kiminsə cəzalanması üçün "əsas” ola biləcək şəkillər yaya bilərik. Amma ehtiyac duymuruq. Bilirik ki, daha əvvəl də İntizam məcələsinin 69-cu maddəsini (Futbol Forması Standartlarının Pozulması) pozan klublar olub. Özü də bir klub deyil. Onlara xəbərdalıq edildiyi təqdirdə, "Qarabağ”a xəbərdarlıqsız, elə ilk fürsətdəcə 3 min manat cərimə yazılıb. Bu, bir az düşündürücüdür...”

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...