\"Qarabağda ərazilərin minalardan təmizlənməsi bütün bəşəriyyətin işi olmalıdır\"

\
Dinc sakinlərin, xüsusən də jurnalistlərin həlak olması dəhşətdir. Bu faciənin təqsirkarı – minalanmış sahələrin xəritəsini hələ də təqdim etməyən erməni tərəfidir.

Bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bəyan edib. Onun fikrincə, Ermənistanın minalanmış sahələrin xəritəsini verməkdən imtina etmək üçün iki versiya mövcuddur. Ekspert deyib: "Birinci versiya odur ki, xəritə var, lakin onlar bu xəritəni təqdim etmirlər, çünki bununla bağlı alver etmək istəyirlər. İkinci versiya belədir ki, minalanmış sahələrin xəritəsi yoxdur, çünki onlar bu ərazilərdən çıxanda həmin anda total minalanma həyata keçirilirdi. Əgər onlar minaları bu torpaqları tərk etdikləri zaman basdırıblarsa, o halda bu, vəhşilikdir və 10 noyabr 2020-ci il tarixli Bəyanatın kobud surətdə pozulmasıdır”.

S.Markov vurğulayıb ki, Azərbaycan 10 noyabr tarixli Bəyanatın ermənilər tərəfindən sistematik surətdə pozulması barədə sərt şəkildə məsələ qaldırmağa haqlıdır. Çünki bu pozuntular nəticəsində dinc sakinlər, jurnalistlər, hərbi qulluqçular həlak olur. Rusiyalı politoloq deyib: "Bu məsələ BMT Təhlükəsizlik Şurası səviyyəsində qaldırılmalıdır. Lakin bunun üçün BMT Təhlükəsizlik Şurası 10 noyabr 2020-ci il tarixli Bəyanatı dəstəkləməlidir. Təəssüf ki, ermənipərəst mövqe nümayiş etdirən Fransa burada ciddi problem yaradır. BMT minalanmış ərazilərin təmizlənməsinə böyük diqqət ayırır. Dünyada xüsusən də piyada əleyhinə minalardan böyük sayda insan həlak olur. Buna görə də minaların zərərsizləşdirilməsinə kömək üçün BMT-də böyük infrastruktur yaradılıb. Qarabağda ərazilərin minalardan təmizlənməsi təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin işi olmalıdır”.

Politoloqun sözlərinə görə, Ermənistan əhalisi Azərbaycan ilə normal iqtisadi əlaqələrin qurulmasına səy göstərir. O deyib: "Mən erməni həmkarlarımla ünsiyyətdə olmuşam. Onlar Bakıya səfər edə biləcəyi vaxtı arzulayırlar”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...