No Image
No Image

“Qarabağa gedib Azərbaycana qarşı döyüşdük” - PKK-dan etiraf

“Qarabağa gedib Azərbaycana qarşı döyüşdük” - PKK-dan etiraf
PKK terrorçularının Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşmələri barədə daha bir fakt ortaya çıxıb.

Sfera.az xəbər verir ki, "Anadolu Agentliyi"nin təhlükəsizlik qurumlarına istinadla yaydığı məlumata görə, PKK/KCK terror birliyinin qadın təşkilatının başçılarından biri olan Layika Gültəkin bu barədə təmsil olunduğu cinayətkar dəstənin informasiya mənbələrinə açıqlamasında bildirib. Terrorçu qadın deyib: "Qarabağa qədər gedib erməni əsgərlərlə birlikdə döyüşdük. Ermənistan xalqının istədiyi hər zaman yanlarında oluruq”.

Beləliklə, PKK terrorçularının Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşmələri bir daha təsdiqini tapıb. Əslində Ermənistan tərəfinin İraqın şimalındakı PKK terrorçularından yardım istəməsi ilə bağlı dəfələrlə informasiyalar yayılıb. Hazırda Türkiyənin apardığı sistemli antiterror əməliyyatları nəticəsində çox sayda canlı qüvvə itirməsinə baxmayaraq, PKK Ermənistanın yardım istəyinə cavab verib.

Qeyd edək ki, Ermənistan tərəfi otuz ilə yaxın zaman kəsiyində işğal altında saxladığı Azərbaycan torpaqlarında bir çox qanunsuz fəaliyyət həyata keçirib. Onlardan biri də həmin ərazilərə nəzarət etdiyi dövrdə işğal altındakı torpaqlarda terror düşərgələrinin və təlim mərkəzlərinin qurulması olub.(Qafqazinfo)

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

2858 şəhid, 2858 xalça...- Dillər əzbəri olmuş xalçaların hazırlandığı məkandan REPORTAJ

İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərimizə ümumxalq sevgisi ən müxtəlif formalarda təzahür edir. Hər kəs imkanları daxilində şəhidlərimizlə bağlı n...

Azərbaycan və Türkmənistan Xəzərdəki mübahisəli neft yatağı ilə bağlı MEMORANDUM İMZALADI

21 yanvar 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində ...

Devalvasiyanın ayaq səsləri, yoxsa... - Banklar dollar satışını niyə günortaya qədər həyata keçirir?

2020-ci ilin yanvarında əhali yenidən nağd dollar alışını artırıb. Bu ayda valyuta hərraclarının sayının artması və hərraclarda 400 milyon dollardan artıq val...

Paşinyana son çarə kimi görünən növbədənkənar seçki: Kim üstün olacaq?

"Növbədənkənar seçki düşmən ölkədə siyasi sabitliyin daha ciddi şəkildə pozulması ilə nəticələnəcək”. Bunu Sfera.az-a açıqlamasında Ermənistanda erkən parla...

Şuşaya getmək istəyənlərin nəzərinə – Avtobuslar bu rayonlardan çıxacaq + RƏSMİ

İşğaldan azad edilmiş şəhər və rayonlara avtobus xətləri açılacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmə...

Paşinyanla erməni nazir arasında Şuşa mübahisəsi: “Əhalisinin 90 faizi türkdür…”

Ermənistan tarixində ilk dəfə iki yüksək rütbəli məmur Şuşaya sahiblik üstündə mübahisə ediblər.  Sfera.az xəbər verir ki, bu barədə  erməni med...