“Qarabağ” və “Neftçi” avrokuboklardan nə qədər qazandı? - MƏBLƏĞ

“Qarabağ” və “Neftçi” avrokuboklardan nə qədər qazandı? - MƏBLƏĞ
"Neftçi” və "Qarabağ”a cari mövsüm avrokuboklarda iştirakları qarşılığında UEFA-dan maliyyə vəsaiti ayrılıb.

Sfera.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, vəsait milli assosiasiyanın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb.

"Neftçi” UEFA Çempionlar Liqasındakı çıxışı səbəbindən 1 milyon 210 min avro, "Qarabağ” isə Konfrans Liqasındakı oyunlarına görə 3 milyon  avro qazanıb. Ağdam təmsilçisi həmçinin əmsallar cədvəlinə görə 934 min 500 avro əldə edib.
 

OXŞAR XƏBƏRLƏR