Qarabağ qazisi: \"Ermənilərin postuna az qalmış minaya düşdük\" - VİDEO

Qarabağ qazisi: \
Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı müharibənin zəfərlə bitməsində payı olanlardan biri də Amil Faiq oğlu Əliyevdir.

Sfera.az xəbər verir ki, o, 2019-cu il oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də isə döyüşlərə qatılıb. Müharibənin üçüncü günündə düşmən postuna çatmağına az qalmış minaya düşərək ağır yaralanıb və üç gün komada qalıb.

Amillə birlikdə əsgər yoldaşları da ağır yaralanıb, şəhid olublar. Hər iki gözünü itirən 22 yaşlı gənc isə hazırda şəhidlik zirvəsinə ucalan komandiri sayəsində sağ qalıb.

"Report” sözügedən süjeti təqdim edir:

OXŞAR XƏBƏRLƏR