\"Qarabağ\" İsraildə belə qarşılandı - FOTO

\
 UEFA Avropa Liqasının qrup mərhələsində "Makkabi” ilə qarşılaşacaq "Qarabağ” ötən gün Təl-Əvivə yollanıb.
 
Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi İsraildə xoş münasibətlə qarşılanıb. Ağdam klubunun qaldığı otelin qarşısında ingiliscə "Qarabağ Azərbaycandır!!!" yazılı banner asılıb. Bannerin sol kənarında İsrail, sağ tərəfində Azərbaycan bayrağı asılıb.
 
Qeyd edək ki, bu gün keçiriləcək "Makkabi” – "Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR