\"Qarabağ\"a qarşı oynamayacaq - \"Dundalk\"da ciddi itki

\
 

"Dundalk"ın futbolçusu Robbi Benson Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la cavab oyununu buraxacaq.

Qol.az-ın İrlandiya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb onun Ağdam klubu ilə ilk matçda qabırğasından zədələnməsidir. Zədəsini sağalda bilməyən 27 yaşlı yarımmüdafiəçi Bakıya gətirilməyib.

 

İrlandiya təmsilçisinin məşqçisi Con Gill Bensonun zədəsi ilə bağlı deyib: "Bəxtsiz zədələnmə oldu. Səfər qısa olsaydı,onu özümüzlə gətirə bilərdik. O, komandada inam yaradır. Bensonu 7 saatlıq səfərə gətirməyin mənası yox idi. Mövsümün açılış oyununda ayağından zədələndiyi eyni nöqtədə yenidən zədə aldı. Ona dedim ki, öləndə küllərini o yerin ətrafına yayacağıq.  Benson ailəsi ilə birgə vaxt keçirəcək, sonra qayıdıb həftəsonu komanda ilə məşqlərə qoşulacaq".

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dundalk" görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb.


OXŞAR XƏBƏRLƏR

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...