Qanunsuz ov edənlərə qarşı tətbiq olunan cərimələr açıqlandı

Qanunsuz ov edənlərə qarşı tətbiq olunan cərimələr açıqlandı
 
"Milli parklarda yalnız həvəskar balıq ovuna icazə verilir. Onlar parka giriş üçün bilet alıb ov edə bilər”.

Sfera.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova "Ekspert saatı”nda çıxışı zamanı deyib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov isə qeyd edib ki, balıq və su bioresurlarının qanunsuz ovu ilə bağlı keçirilən nəzarət tədbirləri nətivəsində ötən il 248 akt, 108 inzibati xəta haqqında protokol tərtib edilib:

"Ümumilikdə isə 78 430 manatlıq inzibati qaydada cərimə tətbiq olunub. 36 532 manat miqdarında iddia qaldırılıb. Reydlər zamanı Xəzər dənizi və ölkənin daxili su hövzələrində 29 ədəd qayıq, 6 ədəd lövbər, 4 950 ədəd iti uclu qarmaq, 65 162 metr uzunluğunda 800-dən çox sintetik tor, 115 ədəd venter, 108 ədəd səbət, 7 ədəd elektrik cərəyanı aparatı aşkar edilərək maddi sübut kimi götürülüb”.

O bildirib ki, ayrı-ayrı su hövzələri üzə aparılan təhlillər nəticəsində təkcə Xəzər dənizində 44 nəfər saxlanılıb:

"Ümumilikdə həmin ərazidə 39 nəfərə 43 050 manat cərimə tətbiq edilib, 21 min manatdan çox iddia qaldırılıb, 5 iş həmin işlərlə bağlı tətbiq edilən ziyan cinayət tərkibi yaratdığından aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...