“Qanuni oğru”larla əlaqəli 4 nəfər saxlanılıb

“Qanuni oğru”larla əlaqəli 4 nəfər saxlanılıb
 

Gürcüstanın Tbilisi və Axaltsixe şəhərlərində keçirilən əməliyyat tədbirləri nəticəsində "oğru dünyası” ilə əlaqəli 4 nəfər saxlanılıb.

Sfera.az bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Saxlanılan şəxslərin xaricdə yaşayan "qanuni oğru”larla əlaqəli olması və onların arasında maliyyə mübahisəsinin aradan qaldırılmasında iştirak etdikləri müəyyən olunub. Polis saxlanılan şəxslərdən birinin evində axtarış zamanı 87 min dollar müsadirə edib.

Saxlanılan şəxsləri 3 ildən 10 ilədək həbs cəzası gözləyir.  (Report)


OXŞAR XƏBƏRLƏR