Qanın ümumi analizi onkoloji xəstəliyi göstərirmi? – Analizin asan təhlili

Qanın ümumi analizi onkoloji xəstəliyi göstərirmi? – Analizin asan təhlili

Qanın ümumi analizi ən ucuzu, ən asanı və savadlı həkim üçün xəstənin şəxsiyyət vəsiqəsi kimidir.

Çox oxucular soruşur ki, qanın bircə ümumi analizi ciddi xəstəlikləri, xüsusən şişlərin olub-olmamasını göstərə bilərmi və bunu necə bilək?

Sfera.az medicina.az-a istinadən bildirir ki, bəli, bu mümkündür. Düzdür, qanın ümumi analizini həkimdən başqası düzgün dəqiq təhlil edə bilməz. Amma yenə də bəzi məqamlar xəstəyə çox şeyi bəlli edir.

- Qanın ümumi analizində əsas leykositlərin səviyyəsinə baxılır. Məhz bu qan hüceyrələri infeksiya və mikrobla mübarizə aparır. Əgər onlar normadan yüksək çıxıbsa, deməli orqanizm iltihabi, virus və ya bakterial bir xəstəliklə mübarizə aparır. O xəstəliyin harda olmasını isə terapevt təyin edəcək

- Neytrofillər - mikrob və bakteriyaları udur. Leykositlərə kömək edir. Yüksək olması ciddi iltihaba işarədir. Xüsusən kəskin appendisit, hər hansı daxili iltihabda kəskin artır.

- Eozinofillər - allergiya, qurd, parazitlərə işarədir. Yüksəkdirsə, bundan şübhələnmək olar.

- Hemoqlobin - azdırsa, deməli qanazlığı, dəmir defisiti var. İnsanın yorğun, halsız, bənizi ağ, gözünün altı tünd, ürək ritmi artıbsa, mütləq qanda hemoqlobin az çıxacaq. Normadan aşağı yəni 120 minimum həddir. 120 -dən aşağı rəqəm qanazlığıdır və buna keçəcək deyə yanaşmaq olmaz.

 

- Eritrositlər - azalıbsa deməli anemiya var. Əgər artıbsa, çox yüksəkdirsə ciddi zəhərlənmə, bədənin toksinləşməsi, ürək-damar xəstəlikləri ola bilər

- Trombositlər - qanın laxtalanmasına cavabdehdir. Yüksəlibsə qan çox qatıdır və tromb yaranır və ya yaranacaq. Azalıbsa qan həddən artıq durudur, damardaxili qanaxma, qansızma ola bilər. Eləcə də bu göstəricilər xəstə hər hansı dərmanlar, qandurulaşdırıcılar qəbul edəndə dəyişir.

- Eritrositlərin çökmə sürəti - EÇS (SOE) deyilən göstərici əsas məsələni göstərir. Normadan yuxarı çıxma bədəndə ciddi iltihabi proses, irin, hər hansı kist və onkoloji prosesə işarədir. Adətən göstərici 100-ə yaxın və ya ondan çox olanda onkoloji şübhə araşdırılır.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...