Qala gecəsində hər kəs Pərvinə baxdı - Göz qamaşdıran libasda - FOTO
21:47 / 02.10.2019
3106
Ötən gün Türkiyədə "Haraketsizfilm" kinosunun qala gecəsi keçirilib.
Sfera.az milli.az-a istinadla xəbər verir ki, türkiyəli aktyorlarla azərbaycanlı aktyorların birlikdə çəkildiyi filmin təqdimat mərasimi İstanbuldakı AVM-lərin birində təşkil olunub.
Gecənin ən çox diqqət çəkən aktrisası Pərvin Abıyeva olub. Bir neçə gün əvvəl ayağından əməliyyat olunan Pərvin dərin dekolteli qısa libası ilə hər kəsin diqqətini çəkib.
Qeyd edək ki, sözügedən filmin qalası 2 gün sonra Bakıda da keçiriləcək.