Qadınlarla bağlı ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Qadınlarla bağlı  ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır
Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib.
"Ölkə.Az" xəbər verir ki, "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməsi əlaməti kimi qeyd olunur.

Araşdırma çərçivəsində təxminən 30 - 60 yaş aralığında İsveç və Danimarkadan 2406 qadın üzərində müşahidə aparılıb.

Boyları 10-13 il ərzində orta hesabla 0,8 santimetr qısalan qadınlardan 157-si ürək-damar xəstəliyindən olmaqla ümumi halda 625 nəfər həyatını itirib.

Elmi müşahidə zamanı kökəlmə, yaş və həyat tərzi kimi faktorlar nəzərə alındıqdan sonra hər 1 santimetrlik boy itkisinin qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm riskini 14-21 faiz artırdığı bəlli olub.

Araşdırmada sözügedən zaman kəsiyində 2 santimetrdən çox boy itkisi yaşayan qadınlarda iflic və ya infarkt kimi ürək-damar narahatlıqlarından ölmə ehtimalı digərlərinə nisbətən iki qat artıq görünüb.

Alimlərin fikrinə görə, qadınlar nizamlı şəkildə hərəkət (idman) edərsə, D vitamini və kalsium alarsa, orta yaşda boy itkisi və sümük qırılmalarının qarşısına keçə bilər. publika.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...