Qadın qarpızdan zəhərlənib öldü

Qadın qarpızdan zəhərlənib öldü

Biləsuvarda qadın qarpızdan zəhərlənərək ölüb.

Sfera.az-ın verdiyi xəbərə görə, hadisə iyulun 10-da rayonun İsmətli kəndində baş verib.

27 yaşlı Cəmilə Əlizadə qarpız yedikdən sonra zəhərlənib və gecə saatlarında vəfat edib. Hazırda onun meyiti daxili müayinə olunması üçün ekspertizaya göndərilib. Araşdırma aparılır.

Həyat yoldaşı hərbçi olan C.Əlizadənin başqa rayondan ora gəlin köçdüyü bildirilir.


OXŞAR XƏBƏRLƏR