Qaçaq Nəbinin kəndi də işğaldan azad edildi - FOTO

Qaçaq Nəbinin kəndi də işğaldan azad edildi - FOTO
Bu gün Prezident İlham Əliyev bir sıra ərazilərimizin işğaldan azad olunması ilə bağlı "Twitter” hesabında paylaşım edib. 

Sfera.az xəbər verir ki, işğaldan azad edilən kəndlərindən biri də Qaçaq Nəbinin vətəni, Qubadlı rayonunun Aşağı Mollu kəndidir.

Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda  qaçaq hərəkatının fəal iştirakçısı Qaçaq Nəbi bu kənddə doğulub.

Zəngəzur və Naxçıvanda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olub.

1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olub.

Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir.

İşğaldan azad olunan Qubadlının Yuxarı Mollu kəndində isə Qaçaq nəbinin həyat yoldaşı Həcər xanım doğulub.

Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparıb.

Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdlu verir. Yerli mülkədar kəndlilərin torpaqlarını tutmaq istəyirdi. Nəbi buna dözməyərək, mülkədara müqavimət göstərir. Bundan sonra qaçaq düşür.

Özü kimi narazı kəndlilərdən dəstə düzəldir. Onun dəstəsi Naxçıvan və Zəngəzur qəzalarında qaçaqlıq edir. O, kəndliləri zülümkarlardan müdafiə edirdi. Mülkədarların var-dövlətini alaraq, kəndlilərə paylayırdı. Arvadı Həcər də Qaçaq Nəbinin silahdaşı idi.

Çar hökuməti 20 il Qaçaq Nəbini dəstəsini məhv etməyə çalışıb. Lakin məqsədinə nail ola bilməyib. Sonda 1896-cı ildə martın 12-də satılmış iki xain qəflətən Nəbiyə hücum edərək, onu öldürüb.  /Oxu.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...