Putinlə Baydenin görüşü planlaşdırılmayıb – Kremldən açıqlama

Putinlə Baydenin görüşü planlaşdırılmayıb – Kremldən açıqlama
Kremldə Putinlə Baydenin mümkün görüşü barədə sualı cavablandırıblar.

Sfera.az Ria.Novosti-yə istinadla xəbər verir ki, Putinin sözçüsü Dmitri Peskov bildirib ki, Kremllə Ağ Ev Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında mümkün görüşü müzakirə etməyib.

"Hazırda hansısa ayrı-ayrı görüşlər planlaşdırılmır. Yəni, potensial görüş perspektivləri haqda danışmağımız üçün hansısa zəmin yaranmalıdır”,- deyə Peskov jurnalistlərə söyləyib. 

O, qeyd edib ki, hazırda pandemiya beynəlxalq səviyyədə ünsiyyət imkanları məhduddur. Kremldə hesab edirlər ki, hələlik Putinlə Baydenin görüşməsi üçün heç bir əsas yoxdur.

Bir müddət əvvəl Ağ Ev bildirmişdi ki, Amerika prezidentinin administrasiyası hələlik Putinlə telefon danışığı təşkil etməyi planlaşdırmır.

Xatırladaq ki, Demokratlar partiyasının nümayəndəsi Cozef Bayden yanvarın 20-də rəsmi şəkildə ABŞ Prezidenti vəzifəsinə başlayıb. O, bu postda respublikaçı Donald Trampı əvəz edib.
 
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR