Putinin aşpazı bəzi sirrləri açdı: \"Əvvəlcə həkim və hərbçilər...\"

Putinin aşpazı bəzi sirrləri açdı: \
2012-ci ilə qədər Kremldə işləyən aşpaz Jerome Rigaud "Paris Match” jurnalına verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putinin kulinariya zövqlərinin bəzi sirlərini açıb. 
 
Sfera.az-ın məlumatına görə, o deyib ki, Putin üçün ət birinci yerdədir. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev isə kəm-şirin sous altında balığa üstünlük verir.


Rigaud qeyd edib ki, dövlət sirrini aça bilmədiyi üçün bütün detalları açıqlaya bilməyəcək. Lakin onu da vurğulayıb ki, Putinin yeməkləri üçün ərzaqlar çox ciddi yoxlanışdan keçirdi. Hətta prezidentin süfrəsini açmaq üçün həkim və hərbçilərin nəzarəti altında aşpaz icazə gözləməli olurdu.

Bununla yanaşı, Jerome Rigaud deyib ki, Rusiyada işinin çətin və sirli olduğuna baxmayaraq, orada işləmək çox xoşuna gəlirdi.

"Bilirsiz, ruslar çox sadə və açıq insanlardır. Saatlarla masa arxasında oturub uzun söhbət edə bilərlər. Onlar yeməyə araqla başlaya bilərlər və sonra bütün yeməklərin dadını baxa bilərlər. Onlar çörəyə xüsusi hörmət edirlər, çünki aclıq keçirdiklərini xatırlayırlar”, - aşpaz deyib.


Daha əvvəl "Kremlyovski” ərzaq kombinatının direktoru vəzifəsini tutan Viktor Belyaev SSRİ və Rusiya başçılarının üstünlük verdiyi şorbalardan danışıb. O, Stalinin masada yağlı ət bulyonları, kharcho və ya solyanka verilməsini tələb etdiyini qeyd edib. Brejnev borş və taxıl ilə qoyun ətindən hazırlanmış şorbalara üstünlük verdiyini, bu gün prezident Vladimir Putin isə ən çox şorba-püre və balıqdan hazırlanmış şorbalara – uxaya üstünlük verdyini bildirib.

Virtualaz.org

 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...