Putin Xəzər üzrə yeni nümayəndə təyin etdi
17:36 / 20.04.2021
1266
Rusiyanın Xəzər dənizi üzrə Yüksək Səviyyəli Beynəlxalq İşçi Qrupdakı nümayəndəsi dəyişib.
Sfera.az-ın Rusiya hökumətinin saytına istinadən xəbər verir ki, Prezident Vladimir Putinin sərəncamı ilə İqor Bratçikov nümayəndə vəzifəsindən azad edilib. Onun yerinə Mixail Petrakovu təyin olunub.
İşçi qrup 2018-ci ildə Xəzəryanı dövlətlərin başçılarının Qazaxıstanda keçirilən 5-ci zirvə toplantısında təsis edilib. Onun ilk iclası 2019-cu ildə keçirilib.