Putin-Paşinyan görüşündən sonra mülki avtomobillər niyə atəşə tutuldu? - \"Şəhid verməyi gözləməməliyik\"

Putin-Paşinyan görüşündən sonra mülki avtomobillər niyə atəşə tutuldu? - \
"Qarabağda erməni terrorçularının Suqovuşandan Kəlbəcərə gedən mülki avtomobil karvanına atəş açması onu göstərir ki, 10 noyabr bəyanatının 4-cü bəndi yerinə yetirilməyincəyə qədər, təxribat davam edəcək”.
 
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, erməni silahlı birləşmələrinin çıxarılmasına birbaşa Kremlin nəzarət etdiyini deyib:
"Rusiya çalışır ki, silahlı erməni birləşmələri qalmaqla özünün "sülhməramlı" fəaliyyətini davam etdirsin. Erməni silahlı birləşmələrinin hücumu ilk və son deyil. Belə terrorçu hücumlar gözlənilir. Ona görə də mütləq şəkildə qanunsuz erməni silahlı birləşmələri çıxarılmalıdır və onlara qarşı sərt tədbirlər görmək lazımdır”.

Politoloqun sözlərinə görə, silahlı erməni birləşmələri qaldıqca, bəyannamənin 7-ci bəndinin yerinə yetirilməsi mümkün olmayacaq:

"Azərbaycan kiçik bir ərazidə qanunsuz erməni silahlı birləşmələrinin qalmasına və onların bu kimi təxribatlarına dözümlü yanaşmamalıdır. Vətəndaşlarımızın şəhid olmasını gözləməməliyik”.

Siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, Ermənistan Baş naziri Paşinyanın Moskvada Rusiya prezidenti Putinlə görüşündən sonra ermənilərin mülki karvanı atəşə tutması, 4-cü bəndin icrasına ciddi əsas yaradır: 

"Moskva və Ankaranın istədiyi əməkdaşlıq platforması üçün Bakı və İrəvan arasındakı məsələlər həll edilməlidir, bu prosesdə əsas punktlardan biri də qoşunların çıxarılması olmalıdır. Putin-Paşinyan görüşündən sonra - oktyabrın 13-də Moskvada Krill, Paşazadə və Qareginin birgə bəyanatında vurğulanan "Azərbaycan və erməni xalqları üçün birlikdə yaşamaqdan başqa gələcəyi yoxdur” sözləri də baş verənlər fonunda təsadüfi deyil”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR