Putin Əliyevə özü zəng edir, Paşinyan isə... - “168 Jam”

Putin Əliyevə özü zəng edir, Paşinyan isə... - “168 Jam”
Son günlərdə Rusiya Azərbaycan və Ermənistanla müxtəlif səviyyələrdə təmasları intensivləşdirib.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "168 Jam” qəzeti məlumat yayıb.

"Moskvanın fəallaşması həm Xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları ilə yaxın vaxtlarda baş tutan görüşlərində, həm Rusiya baş nazirinin müavini Aleksey Overçukun İrəvan və Bakıya səfərlərlərində, həm də Rusiya lideri Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Nikol Paşinyanla telefon danışığında özünü göstərir”, - mənbə deyib.

Nəşr Rusiya liderinin azərbaycanlı həmkarı ilə telefon danışığının Kreml tərəfinin təşəbbüsü ilə baş tutduğunu yazıb:

"Putin-Paşinyan telefon danışığının təşəbbüsü erməni tərəfinin təşəbbüsü ilə martın 26-da, aprelin 1-də keçirilmiş Putin-Əliyev söhbəti isə ehtimal ki, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Kremlin rəsmi saytında yerləşdirilən iki məlumat arasındakı fərqlər də diqqət çəkir. Amma Kreml ənənəvi olaraq məlumatların təqdimatında Ermənistan və Azərbaycan liderləri arasındakı təmaslarda bərabərliyi qorumağa çalışdığını göstərir. Amma Rusiya tərəfi demək olar ki, bütün Paşinyan-Putin telefon danışıqları barədə xəbərlərdə telefon danışığının Ermənistan tərəfinin təşəbbüsü ilə həyata keçirildiyini bildirir. Bununla da zəng edən Paşinyanın bu münasibətlərdən bir şey gözlədiyini, Kremlin isə buna heç bir qiymət vermədiyini vurğulayır. Bu, Ermənistan-Rusiya münasibətlərində həmişə diqqətçəkən həqiqətdir”.

Qəzet qeyd edib ki, Paşinyandan fərqli olaraq, Rusiya lideri Azərbaycan prezidenti ilə danışıq aparmağa özü təşəbbüs göstərir.
 
(Teleqraf.com)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...