Putin bundan sonra silahların yerini gizli saxlayacaq: Rusiyanın məxfi planı nədir? - ŞƏRH

Putin bundan sonra silahların yerini gizli saxlayacaq: Rusiyanın məxfi planı nədir? - ŞƏRH
Xəbər verdiyimiz kimi ötən gün Vladimir Putin Rusiyanın Açıq Səma Müqaviləsindən çıxması ilə bağlı qanunu imzalayıb.
 
Açıq Səma Müqaviləsi razılaşması 2002-ci ildən qüvvəyə minib və üzv dövlətlərin bir-birinin silahlı qüvvələri və fəaliyyətləri barədə açıq şəkildə məlumat toplamağa imkan verir.

Lakin may ayının sonu ABŞ, indi də Rusiya müqaviləni rədd edib.

Maraqlıdır, bu cür mühüm sənəddən imtinaya səbəb nədir? Rusiyanın məxfi planları var?

Məsələ ilə bağlı Sfera.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiyanın müqavilədən imtina etməsini ABŞ-Rusiya arasında gərginliyin artması ilə əlaqəli olduğunu bildirib:

"Bu müqavilə yoxlama prosesinin tənzimlənməsi üçün yaradılıb. 

Açıq səma müqaviləsi əsasında müxtəlif tərəflər istənilən çıxışları tətbiq edirdilər. Lakin hər iki tərəf, öncə ABŞ, daha sonra Rusiya bundan imtina etdi. Bu müqavilə iki böyük dövlət arasında qarşılıqlı etibarın rəmzi olan razılaşma idi. Bu hadisə onu göstərir ki, iki hegemon dövlət arasında gərginlik artır. Amma digər sənədlər qüvvədə qalıb, silahların müəyyən hissəsini məhdudlaşdıran razılaşma qüvvədədir. 

Açıq Səma Müqaviləsində isə məhz bu silahların yerləşməsi barədə əlavə məlumat verilirdi. Bu mürəkkəb bir sistemdir". 

Eks nazir Putin Bayden görüşündən sonra məsələyə aydınlıq gələcəyini qeyd edib:

"Silahların nəzarət altında saxlanılması ilə bağlı Vyana sənədi var. Bu sənədi istifadə edərkən müxtəlif ölkələr qarşılıqlı səfərlər edərək bu və ya digər silahların yerləşməsi barəsində yoxlanışlar aparırdılar.

Dünyada bu və ya digər məsələləri nizamlayan müxtəlif razılaşmalar mövcuddur. Putin və Bayden görüşündən sonra hansı ideyaların ortaya çıxacağı məlum olacaq. Çünki yoxlama sistemi öncə kosmos vasitəsilə tətbiq olunur. Bunun təyyarələr vasitəsilə tənzimlənməsi vaxtı keçmiş məsələ hesab oluna bilər".

Hərbi ekspert İbrahim Cəfərov Rusiyanın müqavilədən imtina səbəbinin təhlükəsizliyin qorunmasından irəli gəldiyini diqqətə çatdırıb:

"Rusiyanın belə bir müqavilədən çıxması soyuq müharibə cəbhəsində əsəblərin tarıma çəkildiyinin, vəziyyyətin gərginləşdiyinin işarəsidir. Bundan başqa nə ABŞ, nə də Rusiya öz ərazilərində bu və ya digər formada hansısa formada hansısa ölkənin kəşfiyyatına icazə verər. Rusiya özünün siyasi mövqelərini, siyasi dəstəyini beynəlxalq arenada itirməkdədir. Bu səbəbin də arxasında ABŞ kimi super dövlətlər dayanır. Əslində Rusiya belə qərar verməklə, həm də öz təhlükəsizliyini təmin edir. İndiki məqamda ölkə başçıları bir-birlərinə açıq konteksdə "söyüş” söyürlər. Yəni, dövlət rəhbəri səviyyəsində "qatil", "dəli" kimi ifadələrin yer alması artıq söyüşə bərabərdir".

Ekspert Rusiyanın ABŞ-dan hansısa məsələni gizlədə bilməyəcəyini vurğulayıb:

"Rusiyada siyasi prosesləri izləyərkən görmək mümkündür ki, rus xalqı artıq Putindən doyub. Bu, Azərbaycan və ABŞ-ın maraqlarının toqquşduğu ölkələrə də mesajdır. ABŞ üçün Rusiyada məxfi olacaq gizli nə isə yoxdur. Yəni ABŞ peşəkar xüsusi xidmət orqanları Rusiya haqqında istənilən məlumatı rahatlıqla əldə edə bilir. Güclü kəşfiyyat sistemi dövlətin gücü deməkdir, ölkələrin güc potensialı bununla ölçülür. Nəticədə isə onu demək olar ki, hazırda ABŞ Rusiya haqqında Rusiyanın ABŞ haqqında bildiyindən daha çox informasiyaya sahibdir".  

Əzizə Zeynal 
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...