Pulları yığıb qaçan məmur icra başçısının yeznəsi çıxdı

Pulları yığıb qaçan məmur icra başçısının yeznəsi çıxdı

"Sumqayıt Nəqliyyat” MMC-nin yoxa çıxan rəhbəri Sumqayıtın icra başçısı Zakir Fərəcovun qohumudur. 

Sfera.az xəbər verir ki, bəzi məlumatlarda Xannı Rüstəmovun Zakir Fərəcovun bacısının həyat yoldaşı olduğu deyilir. İnternet resurslarında "Sumqayıt Nəqliyyat” MMC ilə bağlı tirajlanan məlumatlarda da Xannı Rüstəmov icra başçısının yeznəsi kimi təqdim edilir. 

"Sumqayıt Nəqliyyat” MMC 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 50 AZN olan qurum Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. Vergilər Nazirliyinin reyestr məlumatlarında MMC-nin qanuni təmsilçisi kimi Xannı Rüstəmovun adı qeyd edilib.

Sumqayıt Nəqliyyat MMC-nin yaradılması Zakir Fərəcovun Sumqayıta icra başçısı təyin olunmasından sonraya təsadüf edir. Zakir Fərəcov 2015-ci ilin sentyabrında Sumqayıta icra başçısı təyin edilib. Oktyabr ayında isə "Sumqayıt Nəqliyyat” MMC yaradılıb və Xannı Rüstəmov qurumun rəhbərliyinə gətirlib.

Xannı Rüstəmovun adı bir sıra qalmaqallarda hallanır. Bir müddət əvvəl o, Qarabağ qazilərinə problem yaratmaqda ittiham olunurdu. Bildirilirdi ki, o, qazilərin nəzarətində olan marşrut xəttini ələ keçirib. Qazilər olayla bağlı Prezidentə müraciətlərində yazırdılar: 

"Sumqayıt Nəqliyyat” MMC-nin sədri Xannı Rüstəmov vətənimizin ağır günlərində könüllü olaraq cəbhə bölgəsinə getmiş və orada Sumqayıt şəhərinin adını ucaldaraq torpaqlarımız uğrunda canlarını qurban verən müharibə əlillərinə qarşı xüsusi qəddarlığı ilə fərqlənməkdədir. O, 1998-ci ildən etibarən 11 nəfər Qarabağ əlili və şəhid ailəsi tərəfindən təsis edilmiş və Sumqayıt şəhər əhalisinə nümunəvi xidməti ilə seçilən 2 saylı marşrutun müharibə əlillərinin əlindən zorla almaq üçün tutduğu vəzifəsindən sui-stifadə etməkdədir. Aşkarca rüşvət tələb edən və əlillər tərəfindən ödənilən 4000 (dörd min) manatlıq aylığa qane olmayan bu rüşvətxorun əməlləri nəticəsində müflisləşərək aciz duruma düşmüş Qarabağ əlillərini həyatlarından bezdirməyə nail olub”.

Zakir Fərəcovun müdaxiləsindən sonra Xannı Rüstəmovun qanunsuz əməlləri bir qədər səngimişdi.

Bir neçə gün əvvəl onun ölkədən qaçdığı barədə məlumat yayılıb. Həmin xəbərdə deyilir ki, Xannı Rüstəmovdan bir müddətdir xəbər yoxdur.

Onun çalışdığı MMC-də səlahiyyətlərindən sui istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirdiyi bildirilir. Aparılan araşdırma zamanı məlum olub ki, X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xəttlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplayıb. Gündəlik sürücülərdən toplanan plan Xannı Rüstəmovun öz qaydalarına görə yığılıb. Bu proses onun fəaliyyəti dövründə, yəni bir neçə il davam edib. X.Rüstəmov topladığı pullarla aradan çıxıb.

"Sumqayıt Nəqliyyat" MMC-dən isə bildirilib ki, Xannı Rüstəmov işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Hazırda bununla bağlı araşdırma aparılır. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...