Professor \"Mü\" ştammı ilə bağlı yayılan iddialara aydınlıq gətirdi: \"3-4 gün davam edən öskürək...\"

Professor \
"Koronavirusun ”Mü” ştammı ilk dəfə 2021-ci ilin yanvar ayının ikinci ongünlüyündə tapılıb. Belə olan halda, nəyə görə bu ştamm yalnız 9 aydan sonra -  yəni insanların beyni ardıcıl olaraq "Alfa”, "Beta”, "Qamma”, "Delta” və nəhayət "Lyambda” ştammı ilə zəhərləndikdən sonra gündəmə gətirildi?”.
 
Sfera.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Mütəxəssisin sözlərinə görə, "Mü” ştammının genom quruluşu COVİD-19-la müqayisədə onun  yoluxduruculuq gücü və patogenliyinin yüksək olmasına heç bir halda təminat verə bilməz:

"Vaksinasiyanın əhalinin 20-60%-ni əhatə etdikdə, virusun özünü yaşatmaq üçün dözümlü mutant ştammlar yaratmaq fikri də, tamamilə əsassızdır.  "Mü” ştammının əsas klinik əlamətlərinə gəlincə isə, məgər bu əlamətlər digər xəstəliklər zamanı müşahidə olunmur? Temperaturun yüksəlməsi əksər xəstəlik və patoloji proseslərə, hətta günvurma və istivurmaya belə xasdır. Tutmaşəkilli öskürək, yuxarı tənəffüs yollarının əksər virus, mikrob və allergik xəstəliklərinə xas olan əsas əlamətlərdəndir.  

Hətta, adi siqareti tərgitdikdən sonra belə, 8 və 18-ci aylarda, 3-4 gün davam edən çox güclü, sürəkli və üzücü öskürək tutmaları baş verə bilər. Ən populyar dərman qruplarından biri olan, angiotenzinçevrici fermentin antaqonistləri, lizonopiril, enalapril və s. dərman maddələrinin mütəmadi qəbulu da tutmaşəkilli sürəkli öskürəyə səbəb ola bilər”.

Professor qeyd edib ki,  "Mü” ştammın hazırda yalnız ehtimal oluna biləcək xüsusiyyətləri insanları şiddət altında saxlamağa xidmət edir.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...