Prezidentdən söz istəyən icra başçısı: O cəsarət idimi? - Video

Prezidentdən söz istəyən icra başçısı: O cəsarət idimi? - Video
Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
 

Xatırladaq ki,N.İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonunun Kürdşaban kəndində anadan olub.

1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirən N.İsmayılova aid internetdəki "Vikipediya” səhifəsində sabiq başçının siyasətçi olduğu qeyd edilir, ixtisası isə " Energetika mühəndisi və politoloq”(?) kimi göstərilir.

Qeyd edək ki, N.İsmayılov 30 ilə yaxın müddətdə icra hakimiyyəti strukturlarında yüksək vəzifələr tutub və ötən il Saatlıya başçı təyin olunmazdan əvvəl Göyçay, Şamaxı və Sabirabad rayonlarının icra başçısı olub.

Mətbuatda onun rəhbərlik etdiyi rayonlarda yaşayan əhalinin şikayətlərini əks etdirən kifayət qədər çoxlu sayda materiallara, korrupsiya iddialarına rast gəlmək olar.

Ancaq Azərbaycan reallıqlarını nəzərə alsaq, burada qeyri-adi bir şey yoxdur. Çünki icra başçılarının böyük əksəriyyətinin "iş prinsipləri” hamıya yaxşı məlumdur və bu cəhətdən yəqin ki, Saatlının artıq sabiq icra başçısı da digər həmkarlarından geri qalmayıb.

Lakin N.İsmayılov geniş ictimaiyyət arasında daha çox ötən ilin dekabrında Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədəki çıxışı ilə yadda qalıb.

Adətən icra başçılarının belə iclaslarda "ağzına su alıb” oturduqları, dindirən olmasa dinmədikləri və "xəta-bəladan uzaq olmaq üçün” iclasın mümkün qədər tez bitməsini arzuladıqları halda, N.İsmayılov həmin iclasda ölkə başçısından söz istəmişdi.

Əslində, hər başçının, hətta nazirin cəsarət etmədiyi bu addımı atan N.İsmayılov Saatlıda pambıqçılığın əsas problemi olan suvarma məsələsini qaldırmışdı. O, dolayısı ilə bu problemin mövcudluğunda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini və onun rəhbəri Əhməd Əhmədzadəni günahlandırmışdı.

Bunun da nəticəsində ölkə başçısı N.İsmayılovun çıxışından sonra ƏhməƏhmədzadədən problemlə bağlı izahat tələb etmişdi. 

Bunun başçının rayonun problemlərinə doğrudan da can yandırdığı, yoxsa Ə.Əhmədzadəni "vurmaq” üçün etdiyinə dair bir şey söyləmək çətindir. Ümid edək ki, birinci variant doğrudur və N.İsmayılov doğrudan da rayonun suvarma probleminin həllini istəyib... (azpolitiko.info)

N.İsmayılovun həmin iclasdakı çıxışı: 



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...