No Image
No Image

Prezident: “Zəngəzur dəhlizi reallığa çevrilir”

Prezident: “Zəngəzur dəhlizi reallığa çevrilir”
"Hesab edirəm ki, münaqişədən sonrakı inkişafla bağlı vəziyyət bütövlükdə müsbət səciyyələndirilə bilər. Mən münaqişədən sonrakı vəziyyətin inkişafına bizim yanaşmalarımız və bu haqda bizim təsəvvürümüz barədə Aleksandr Qriqoryeviçi məlumatlandırdım. Şübhəsiz, Azərbaycanın mövqeyini bildirim ki, biz belə hesab edirik və reallıq da belədir ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanıb. Azərbaycan onu müstəqil surətdə nizamlayıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirib”. 

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.

Azərbaycan Prezidenti bildirib ki, bu qətnamələr 27 il ərzində kağız üzərində qalıb və təəssüf ki, onların implementasiyası mexanizmi işə salınmayıb. Minsk qrupunun həmsədr ölkələrinin erməni tərəfinə müraciətlə işğala son qoymaq çağırışları da yerinə yetirilməyib: "Həmsədrlərin status-kvonun qəbuledilməzliyi barədə bəyanatları erməni tərəfindən eşidilməyib. Ermənistanın başına gələnlərin təqsirkarı məhz 20 il ərzində ölkəni uçuruma aparan Ermənistan rəhbərliyidir. İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun alçaldıcı məğlubiyyəti və tamamilə darmadağın edilməsi ilə başa çatıb. Bunun əsas təqsirkarları Ermənistanda bundan əvvəl hakimiyyətdə olanlardır. Biz tarixin bu səhifəsini çevirmək istəyirik, biz etimad tədbirlərinin möhkəmlənməsinə və bu gün həm Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində, həm də qonşu ölkələr – Türkiyə və İran ilə bizim məsləhətləşmələrimiz çərçivəsində müzakirə edilən nəqliyyat-logistika layihələrinə istiqamətlənmişik. Beləliklə, Zəngəzur dəhlizi reallığa çevrilir. Biz çoxtərəfli əməkdaşlığa ümid bəsləyirik”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva: Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır

"Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa "Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğm...

Ermənistanın bir nömrəli təyyarəsi hərbi yüklərin qaçaqmalçılığı üçün yeni vasitə kimi... - VİDEO

Gürcüstan hökuməti Yuxarı Lars nəzarət buraxılış məntəqəsində ilişib qalmış 4 min ədəd zirehli jiletin Ermənistana keçirilməsinə icazə verməyib. İki yük m...

İlham Əliyev və Mehriban Əliyeva Şuşada səfərdədirlər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada səfərdədirlər. ...

Azərbaycan Ordusu Göyçə gölündən 23 kilometr aralıda post qurdu

Ermənistanın "Yerkir.am” saytı bu gün səhər "Dünəndən bəri azərbaycanlılar Basarkeçər (Vardenis) istiqamətində irəliləməyə başlayıb” mövzusunda yazı dərc edib. ...

Mehriban Əliyevadan ictimaiyyətə hədiyyə - FOTOLAR

Heydər Əliyev Fondu tərəfindən ilk dəfə olaraq Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu nəşr olunub. Sefer.az xəbər verir ki, Azərbaycan ...

İlham Əliyev: "Bu, Ermənistan ordusunun və dövlətinin çökməsi demək idi"

44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş b...